Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-282/2021 12.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızının, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx” MMC-nin direktoru X1 iştirakı ilə, ünvan 1 ünvanda yerləşən “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ünvan 1 ünvanda yerləşən “xxxx” MMC-də planlı yoxlama zamanı lisenziyada icazə verilən işdən kənar pediatrik işin aparılması aşkar olunmuşdur. Ona görə “xxxx” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. «xxxx” MMC-nin direktoru X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, «xxxx” MMC-nin direktoru vəzifəsində işləyir. Klinikanın özəl tibb fəaliyyəti ilə məşğul olması əlaqədar lisenziyası var. Lisenziyada klinikanın terapiya ixtisası üzrə də tibbi xidmət göstərilməsinə icazə verilmişdir. Lisenziya alan zaman ona bildirilmişdir ki, pediatr işi də terapiya sahəsinə daxildir, əlavə lisenziya alınmasına zərurət yoxdur. Ona görə də pediatr ixtisası üzrə lisenziya almamışdır. Həqiqətən də, klinikada əmək müqaviləsi ilə iki pediatr həkim işləyirdi. Onlardan biri Zöhrə İbrahimova işdən çıxmışdır. Flora Rəsulova isə pediatr həkim kimi fəaliyyət göstərir. İnzibati materiala əlavə olunmuş Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları və «xxxx” MMC-nin direktoru X1 iştirakı ilə tərtib edilmiş 23 №li xx xxxxxx 2021-ci il tarixli planlı yoxlama aktında göstərilir ki, müəssisənin birinci mərtəbəsində iki həkim pediatr tərəfindən ambulator qəbulu aparılması aşkar edilmişdir. İşdə olan «xxxx” MMC-nin direktoru ilə X3 arasında bağlanmış əmək müqaviləsindən görünür ki, F.Rəsulova klinikada həkim-pediatr vəzifəsində işləyir. İşdə olan «xxxx” MMC-yə xx xxxxxx 2016-cı il tarixdə İSN/L-586/2016 qeydiyyat nömrəsi ilə verilmiş 088261 №li lisenziyasına əlavəsindən görünür ki, klinikaya tibbi xidmətin göstərilməsinə icazə verilən işlərin siyahısında pediatrik iş yoxdur. İş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, «xxxx” MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinin tələblərinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. «xxxx” MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Hesab edirəm ki, «xxxx” MMC barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: «xxxx” MMC Azərbaycan Respublikasının İXM-nin 215.1-ci maddəsinə əsasən 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-282/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-282/2021
12.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver