Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-282/2022 25.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X3 Azərbaycan Respublikası X6 X8 idarəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası X6 X8 idarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: X6 X8 idarəsi tərəfindən tərtib olunmuş 28.04.2022-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin fasadında müvafiq icazə olmadan reklam yerləşdirmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası X6 X8 idarəsinin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikasının Prezidentinin 1472 №li 20.06.2017-ci il tarixli fərmanına əsasən ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimlərinə və nəzarət Azərbaycan Respublikası X6 tərəfindən həyata keçirilir. 28.04.2022-ci il tarixdə X8 İdarəsinin əməkdaşları Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" MMC-nin qarşısında açıq məkanda 10.37 m2 sahədə icazəsiz reklam qurğularının yerləşdirilməsi faktı aşkar olunmuşdur. Əməkdaşlar tərəfindən reklam qurğularının yerləşdirilməsinə görə icazə sənədinin alınmasının zəruriliyi "xxxx" MMC-nin nəzərinə çatdırılsa da sonuncu qanunun tələbinə məhəl qoymayaraq, müvafiq sənədin alınmasından imtina etmişdir. Ona görə də "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin, onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarını araşdırıb hesab edirəm ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin tərkibi var. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, hesab edirəm ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 428.7.1-ci maddəsinin tərkibi var və o, bu maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-282/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-282/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver