Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-283/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 iştirakı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı X4 tərəfindən Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inizbati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli ******* saylı saylı protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC lisenziyada göstərilən tibbi xidmətlərdən kənar kosmetoloji fəaliyyət göstərməsi ilə əlaqədar olaraq İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində xx xxxxxx 2021-ci il tarixli ******* saylı protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X5 MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilənlərin həqiqətə uyğun olmadığını bildirərək izahatında göstərdi ki, Şəxs MMC İSN-L859 saylı lisenziya əsasında fəaliyyət göstərib. MMC-də fəaliyyətini davam etdirdiyi müddət ərzində lisenziya əlavəsində qeyd edilmiş ixtisas növləri üzrə işlər görülüb. Lisenziya əlavəsində qeyd edilmiş işlərdən başqa heç bir ixtisas növləri üzrə işlər görülməmiş və hazırda da görülmür. Qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı X4 tərəfindən xx xxxxxx 2021-ci il tarixdə Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmişdir. Lakin o, xx xxxxxx 2021-ci il tarixdə Şəxs MMC-nin fəaliyyətini xx xxxxxx 2021-ci il tarixədək dayandırmışdır. Fəaliyyəti dayandırılmış Şəxs MMC-nin yoxlamadan əvvəll və yoxlama zamanı öz fəaliyyətini dayandırdığı halda lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirlməsi əsasları ilə protokol tərtib edilməsi yolverilməzdir. Hesab edir ki, MMC-nin yerləşdiyi binada kosmetoloji avadanlığın saxlanması MMC-nin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətinin həyata keçirilməsi kimi hesab edilməməlidir. Yoxlama zamanı da bu halların aşkar olunması ilə əlaqdar hər hansı sübutu təqdim etməmişlər. Hesab edir ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin əməkdaşı X2 məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İnzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 026473 № li xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs MMC-yə məxsus özəl tibb müəssisəsində lisenziyanın əlavəsində qeyd edilmiş işlərdən kənar kosmetoloji işlə məşğul olunur. İnzibati xəta haqqında materiala əlavə edilmiş Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışdan görünür ki, Şəxs MMC xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək fəaliyyətlə bağlı lisenziyasını dayandırmışdır. Protokol isə xx xxxxxx 2021-ci il tarixdə tərtib edilmişdir. İşə əlavə edilmiş Hüquqi şəxsin fəaliyyətinin dayandırılması barədə arayışdan görünür ki, Şəxs MMC xx xxxxxx 2021-ci il tarixdə fəaliyyətlə bağlı əməliyyatlarını dayandırmışdır. Bələliklə məhkəmədə müəyyən olundu ki, Şəxs MMC İSN-L859 saylı lisenziya əsasında fəaliyyət göstərir. MMC-də lisenziya əlavəsində qeyd edilmiş ixtisas növləri üzrə işlər görülür. Şəxs MMC xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək fəaliyyətlə bağlı lisenziyasını dayandırmış və 11 saylı Ərazi vergilər Baş İdarəsi tərəfindən hüquqi şəxsin fəaliyyətinin dayandırılması təmin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı yoxlamanın keçirilməsi haqqında xx xxxxxx 2021ci il tarixli qərar qəbul edilmiş və Şəxs MMC-nin ünvanına plan üzrə yoxlamanın keçirilməsi barədə xx xxxxxx 2021-ci il tarixdə bildiriş göndərilmişdir. Lakin həmin bildiriş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahatından da müəyyən olunur ki, həmin bildiriş Şəxs MMC-yə x xxxxxx 2021-ci il tarixdə daxil olmuşdur. xx xxxxxxx 2021-ci il tarixdə müəssisədə planlı yoxlama həyata keçirilmiş və Şəxs MMC-nin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirlməsi əsasları ilə akt tərtib edilmiş və həmin aktın əsasında xx xxxxxx 2021-ci il tarixdə Şəxs MMC barəsində inzibati xəta haqqında ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Hüquqi şəxsin nümayəndəsini dinləyib hesab edir ki, fəaliyyəti dayandırılmış Şəxs MMC-nin yoxlamadan əvvəll və yoxlama zamanı öz fəaliyyətini dayandırdığı halda lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətini həyata keçirlməsi əsasları ilə akt tərtib edilməsi və həmin aktın əsasında inzibati xəta haqqında protokol tərtib edilməsi yolverilməzdir. Belə ki, işə əlavə edilmiş sənədlərdəndə görünür ki Şəxs MMC xx xxxxxx 2021-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək öz fəaliyyətini dayandırmışdır yəni, Şəxs MMC-nin fəaliyyətiniu dayandırdığı halda, həmin dövrdə MMC-nin yerləşdiyi binada kosmetoloji avadanlığın saxlanması MMC-nin lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibbi fəaliyyətinin həyata keçirilməsi kimi qiymətləndirilməməlidir. Həmçinin, yoxlama zamanı həmin aparatlardan istifadə olunması, müştərilərə yerində həmin xidmətlə bağlı kosmetoloji fəaliyyət aşkar edilməmişdir. Kosmetoloji avadanlıqların MMC-nin inzibati binasında yerləşdirilməsi hüquqi şəxsin lisenyiadan göstəırilən fəaliyyətdən kənar tibbi fəaliyyət həyata keçirilməsi deyildir. Bundan başqa Məhkəmə hesab edir ki, inzibati xətalar qanunvericiliyndə inzibati xətanın hazırlanması və inzibati xətanın törədilməsinə cəhdə görə inzibati məsuliyyət nəzərdə tutulmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, protokolun əsaslı olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları yoxlamanın nəticələri barədə akt, protokol tərtib edərkən, həmçinin bölməsinin müdiri qərar qəbul edərkən Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsinin mahiyyətinə və məzmununa əhəmiyyət verməmişlər. Belə ki, qanun mənasına görə Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildikdə inzibati xəta tərkibi yaradır. Ona görə də Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 215.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmaması əsasları ilə xitam verilməlidir. Azərbaycan Respubikası X1 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. X1 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası X1 215.1-ci maddəsi ilə inzibati məsuliyyət tibb fəaliyyətilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisiələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə yaranır. Lakin məhkəmə tədqiqi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tərkibinin olması mötəbər sübutlarla təsdiq olunmadı. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 48-51, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-283/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-283/2021
05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver