Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-283/2022 25.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X4 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin nümayəndəsi X1 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Ucar regional ərazi şöbəsi tərəfindən daxil olmuş Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Ucar regional ərazi şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 29.04.2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları inzibati xəta haqqında protokolda göstərilməlidir. Lakin inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin bu tələbinə riayət edilməmişdir. İnzibati protokolda barəsində inzibati xəta haqıında iş üzrə icraat aparılan Şəxs-nin nümayəndəsi “iştirak etmədi” qeyd edilsə də iştirak etməməsinin səbəbi məlum deyil. Yəni iştirak etməkdən imtina etməsi və ya onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsindən məlumatı olub-olmaması müəyyən edilmir. Ancaq inzibati materiala Şəxs-yə barəsində inzibati xəta haqıında protokol tərtib ediləcəyi barədə məlumat verilməsini təsdiq edən hər hansı bir sənəd əlavə olunmamışdır. Bundan əlavə Şəxs tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta törətməsi tam araşdırılmadan inzibati xəta haqqında protokol tərtib edilmiş, protokolda bu faktın X2 verdiyi izahat ilə təsdiq oluması göstərilmişdir. Halbuki, inzibati materiala əlavə olunmuş X2 izahatında Şəxs-də işləməsi, əgər işləyirsə, onunla əmək müqaviləsi bağlanıb-bağlanmaması müəyyən olunmur və bu, araşdırılmamışdır. İnzibati materiala əlavə olunmuş X3 izahatında əvvəllər Şəxs-də mühasib işlədiyini, Telman Seyidovun da 2021-ci ilin dekabr ayından 2022-c- ilin mart ayının əvvəlinə kimi həmin MMC-də gözətçi işlədiyini, yanvar ayında T.Seyidova 300 manat ödənildiyini, lakin onunla müqavilə bağlanmadığını bildirsə də, bununla bağlı, eləcə də T.Seyidova 300 manat ödənilməsini təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Həmçinin, izahatdan görünür ki, H.Abışova izahatı verən zaman Şəxs-dən işdən azad olunmuşdur. Ona görə də H.Abışovanın izahatının da qərəzli olub-olmaması araşdırılmamışdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, təqdim edilmiş inzibati material tam olmadığına görə Şəxs-nin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olub-olmamasını müəyyən etmək mümkün deyil, ona görə də material geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Ucar regional ərazi şöbəsinə qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-283/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-283/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver