Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-285/2020 10.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin rəisi əvəzi Elşən Əmrahovun inzibati xəta haqqında xx xxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin rəisi əvəzi Elşən Əmrahovunxx xxx 2020-ci il tarixli qərarı ilə X3 AzərbaycanRespublikası İXM-nin290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İ.A.Əliyeva həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X3 məhkəmə iclasında tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, qızı Mingəçevir şəhəri 20 Yanvar küçəsi ev 27/16 mənzil 15-də qeydiyyatda olub orada yaşayan X4 mükiyyətində olan 3 otaqlı mənzildə bir pişik 4 balası olmaqla, həmin pişikləri öz mənzilində ayrıca yer təşkil edərək saxlamaqla daima baytarlıq həkim müayinəsindən keçirmişdir. Buna baxmayaraq həmin binada yaşayan qonşuların şikayəti əsasında mənzilə keçirilmiş və mənzildə 5 pişik yəni bir ana dörd bala olması müəyyən edilmiş, pişik saxlama qaydalarının pozulmasına görəİXM-nin 290.1-ci maddəsinə əsasən ona 200 manat məbləğində cərimə tənbehi verilmişdir. Protokol yazılarkən ona imza edilməmiş, onun hüquq və vəzifələri izah edilməmiş, pişik saxlayan onun qızı SəidəƏliyeva olduğu halda mənzil onun mülkiyyətində olmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında əsassız protokol və qərar verilmişdir. Həmin qərarın surətini xx xxx 2020-ci ildə poçt vasitəsi ilə almışdır. Hesab edir ki, qərar qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən barəsində tərtib edilmiş xx xxx 2020-ci il tarixli qərarın ləğv olunmasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin sahə rəisi əvəzi Elşən Əmrahovun inzibati xəta haqqında xx xxx 2020-cı il tarixli qərarının surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 290.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğdə inzibati cərimə olunmuşdur. İşə əlavə edilmiş 1 saylı MİS tərəfindən verilmiş 266 saylı xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, X3 ünvan 1 mənzil 15 ünvanda yaşayır. Mülki işə əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seiyalı, 02280012 saylıçıxarışın surətindən görünür ki, Mingəçevir şəhərinin 20 Yanvar küçəsindəki 27/16 saylı evin 15 saylı mənzili tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 58 nömrəli reyestr kitabının 72 nömrəli vərəqində xx xxxx 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Şikayət vermiş şəxsin izahatını dinləyib, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından görünür ki, İ.Əliyevanın əməlində inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında işüzrə qarardan verilmiş şikayətə baxıldıqda, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 21, 40 , 43, 48-51, 53, 100, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərar verdim : Şikayət təmin edilsin. X1 barəsində olan Mingəçevir şəhər Polis Şöbəsi İTB-nin rəisi əvəzi Elşən Əmrahovun inzibati xəta haqqındakıxx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin. X1 barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 290.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-285/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-285/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver