Məhkəmə qərarları › İş №3(051)-285/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-285/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-285/2023 27.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X6, X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-1835/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədi üzrə 3800 manat pulu X2 ödəməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1835/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə görə 3800 manat məbləğində borc pulun Şəxs alınıb X2 ödənilməsi qət edilmişdir. Lakin Şəxs borcunu ödəməmiş, 3800 manat borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda tərəflər borcun hissə-hissə ödənilməsi razılığına gəlmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1835/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə görə 3800 manat məbləğində borc pulun ondan alınıb X2 ödənilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Borcunu tam şəkildə ödəməyə imkanı yoxdur. Borcunu hissə-hissə ödəməsi ilə bağlı tələbkarla razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1835/2022 №li xx.xx.2022-ci il tarixli icra sənədinə görə 3800 manat məbləğində borc pulun Şəxs alınıb X2 ödənilməsi qət edilmişdir. Şəxs borcunu ödəməmiş, 3800 manat borcu yaranmışdır. Borcun hissəhissə ödənilməsi ilə bağlı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə razılığa gəlmişlər. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar