Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-286/2022 25.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ermənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ailə təhsilli, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 52/3, mənzil 30-da qeydiyyatda olan, Mingəçevir şəhəri, Günəşli Bağlar massivində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, M ü ə y y ə n e t d im : Şəxs Bakı şəhəri Nərimanov rayon məhkəməsinin MTT(005)-35/2022 saylı, 14 fevral 2022-ci il tarixli icra sənədi ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin MTT(005)-35/2022 saylı, 14 fevral 2022-ci il tarixli icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 09:00-dan bazar günü saat 23:00-dək ünsiyyətdə olmaq üçün görüş vaxtı verilmiş, Zərərçəkmiş şəxs övladları ilə ünsiyyətdə olmasına maneələr yaradılması ona qadağan edilmişdir. O, əvvəl uşaqların anaları ilə görüşməsinə şərait yatarmış, hətta öz evində 5 gün ardıcıl olaraq qalmaqla ananın uşaqlarla görüşməsini təmin etmişdir. Sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun tanışı Elxan adlı şəxslə yaşadığı mənzildə görüşmüşlər. Bundan sonra Elxanla mübahisələri olmuş, o, polis şöbəsinə şikayət etmişdir. Hadisələrdən sonra o, uşaqları anaları ilə görüşməyə məcbur edə bilmir, uşaqlar da anası ilə görüşmək istəmirlər. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 fevral 2022-ci il tarixli icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək, ona xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 09:00-dan bazar günü saat 23:00-dək ünsiyyətdə olmaq üçün görüş vaxtı verilmiş, ona övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il il təvəllüdlü X1 ilə ünsiyyətdə olmasına maneələr yaradılması Şəxs qadağan edilmişdir. Lakin Şəxs əvvəl onun uşaqlarla görüşməyinə şərait yaratsa da, sonradan onların görüşməyi üçün şərait yaratmamışdır. O, Bakıdan uşaqları görmək üçün Mingəçevir şəhərinə gələndə Şəxs uşaqların gah Bakı şəhərində olduğunu, gah İsmayıllı rayonunda olduqlarını bildirərək onu uşaqlarla görüşdürmürdü. Bundan əlavə onun yaşadığı mənzildə Elxan adlı şəxslə görüşməsi də doğru deyil. Eləcə də uşaqların onunla görüşmək istəməmələri də həqiqətə uyğun deyil. Əvvəl uşaqlar onunla normal görüşür, ana-bala kimi ünsiyyətdə olurdular, ondan ayrılmaq istəmirdilər. Sonra Şəxs uşaqların onunla görüşməklərinə şərait yaratmamaqla, aralarında ünsiyyət yaranmasına mane olmağa başladı. Şəxs özü uşaqların onunla görüşməklərinə şərait yaratmır ki, uşaqların ona olan münasibəti dəyişsin, aralarında soyuq münasibət yaransın ki, uşaqlar onun yanına getməsinlər. Uşaqları ilə görüşməyi və onların ünsiyyətdə olmasına Ə.Əmiraslan tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını xahiş edir. Əks halda Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 fevral 2022-ci il tarixli icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Zərərçəkmiş şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il il təvəllüdlü X1 ilə hər həftənin şənbə günü saat 09:00-dan bazar günü saat 23:00-dək ünsiyyətdə olmaq üçün görüş vaxtı verilmiş, Zərərçəkmiş şəxs övladları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il il təvəllüdlü X1 ilə ünsiyyətdə olmasına maneələr yaradılması Şəxs qadağan edilmişdir. İcra işindən görünür ki, icra sənədini icra etmə vəzifəsi və icra etməmənin hüquqi nəticələri Şəxs izah olunmuş, lakin o, icra sənədini icra etməkdən boyun qaçırmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-286/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-286/2022
25.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver