Məhkəmə qərarları › İş №3(051)-287/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-287/2020

09.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-287/2020 09.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx xxxx 1984-cü ildə Yevlax rayonun Gülövşə kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, Yevlax rayonun Gülövşə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhəri H.Hüseynov küçəsində yerləşən.Mingəçevir şəhəri A.S.Puşkin küçəsi ev 37-də yaşayan ,27.10 1983-cü il təvəllüdlü X1 məxsus “Miraj şadliq” sarayı icarəyə götürülüb işlədən Yevlax rayonu Gülövşə kəndində yaşayan xx.xx.1966-ci il təvəllüdlü Mövsümov Yaşar Ədil oğlu və Mingəçevir şəhəri N.nərimanov pr.ev 8 mənzil 13 də yaşayan ,xx.xx.1959-cu il təvəllüdlü X3 ilə birlikdə yığıncaq keçirmişlər.Eyni zamanda həmin gün Yevlax rayonu Gülövşə kəndində yaşayan xx.xx.1984-cü il təvəllüdlü Şəxs özünə ad günü yığıncağı keçirərək Azərbaycan Respublikası ərazisində elan olunmuş xüsusi karantin rejim qaydalarını pozmuşlar Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü Şəxs özünə ad günü yığıncağı keçirərək Azərbaycan Respublikası ərazisində elan olunmuş xüsusi karantin rejim qaydalarını pozmuşlar. Səhvini başa düşmüşdür və əməlindən peşmandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar