Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-287/2021 16.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, xx xxxxxxxx 1987-ci ildə X2 Vilayəti Aktyubinsk rayonunda doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Bozdağ küçəsi ev 1, mənzil 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 03 radələrində X1 yaşadığı ünvan Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 49 saylı evin 32 saylı mənzilinin eyvanına bərkidilmiş paltar ipindən 2 ədəd gödəkçə oğurlamışdır. Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 03 radələrində X1 yaşadığı ünvan Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən 49 saylı evin 32 saylı mənzilinin eyvanına bərkidilmiş paltar ipindən 2 ədəd gödəkçə oğurlamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 227-ci madəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. İnzibati xətanı ağırlaşdıran hal müəyyən olunmamışdır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi var. Lakin İXM-nin 227-ci maddəsinin sanksiyasında göstərilən həbs və ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi mümkün deyil belə ki, Şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə olan şəxsin barəsində göstərilən inzibati tənbehin tətbiq edilməsi qeyri mümkün olduğu üçün inzibati məsuliyyətə cəlb oluna bilmir. Odur ki, Şəxs İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməmməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48- 51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati tənbeh tətbiq edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №3(051)-287/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-287/2021
16.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver