Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-288/2022 13.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X1 nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili X2 iştiraki ilə, xx.xx.1985-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1379/2020 №li 29.10.2020-ci il tarixli icra sənədi üzrə tərəflərin birgə nikah dövründə əldə olunmuş ** BH *** dövlət nömrə nişanlı HUNDAY İ20 markalı avtomobilin satışından cavabdehin əldə etdiyi 13000 manat vəsaitin yarısı yəni, 6500 manat pulu iddiaçı X4 verməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1379/2020 №li 29.10.2020-ci il tarixli icra sənədinə əsasən ondan birgə nikah dövründə əldə olunmuş ** BH *** dövlət nömrə nişanlı HUNDAY İ20 markalı avtomobilin satışından əldə etdiyi 13000 manat vəsaitin yarısı yəni, 6500 manat alınıb zərərçəkmiş şəxs X4 verilməlidir. Lakin maddi imkanı olmadığına görə borcunu bir dəfədə ödəyə bilmir. İcra sənədinin icrası ilə bağlı 2022-ci ilin fevral ayında icra məmuru tərəfindən ona bildiriş gələndən sonra hər dəfə 150 manat olmaqla iki dəfə, cəmi 300 manat ödəniş etmişdir. "xxxx" MMC-də satış təmsilçisi işləyir. Tək gəlir yeri həmin MMC-dən aldığı əmək haqqıdır. İcra məmuruna da ərizə verərək icra sənədinin onun əmək haqqına yönəldilməsinə etiraz etmədiyini bildirmişdir. Hər ay 250 manat da aliment ödəyir. Elə bir əmlakı da yoxdur ki, satıb borcunu ödəsin. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Zərərçəkmiş şəxs X1 nümayəndəsi X3 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 29.10.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs X5 ilə birgə nikah dövründə əldə olunmuş ** BH *** dövlət nömrə nişanlı HUNDAY İ20 markalı avtomobilin satışından cavabdehin əldə etdiyi 13000 manat vəsaitin yarısı yəni, 6500 manat alınıb Arzu Musayevaya verilməlidir. Lakin Şəxs icra sənədini icra etməkdən boyun qaçırır. Həmin pulun tam şəkildə Şəxs alınıb Arzu Musayevaya verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X7 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1379/2020 №li 29.10.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs tərəflərin birgə nikah dövründə əldə olunmuş ** BH *** dövlət nömrə nişanlı HUNDAY İ20 markalı avtomobilin satışından cavabdehin əldə etdiyi 13000 manat vəsaitin yarısı yəni, 6500 manat alınıb tələbkar X4 verilməlidir. Lakin Şəxs borcunu tam ödəməmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Onu da bildirir ki, Şəxs mülkiyyətində icra sənədinin icrasının yönəldilməsi üçün hər hansı əmlakı olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. İş materiallarından görünür ki, Şəxs daimi iş yeri var. İcra sənədinin icrası onun əmək haqqına yönəldilə bilər. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-288/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-288/2022
13.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver