Məhkəmə qərarları › İş №3(051)-29/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-29/2023

06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-29/2023 06.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Borclu Şəxs Şəki Apaleyasiya məhkəməsinin 2(107)-310/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədlərinin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apaleyasiya məhkəməsinin 2(107)-310/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi ilə əlaqədar Şəxs 23800 manat pulun və 6000 ABŞ dollarının alınıb Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulmuşdur. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o icra sənədini icra etməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcundan ödəməmişdir. Şəxs hazırda 23800 manat və 6000 (ABŞ) dollarıborcu qalmaqdadır və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Şəki Apaleyasiya məhkəməsinin 2(107)-310/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi ilə əlaqədar ondan 23800 manat pulun və 6000 ABŞ dollarının alınıb Zərərçəkmiş şəxs verilməsi nəzərdə tutulmuşdur. O, uzun müddətdir ki, Bakı şəhərində yaşayır və göndərilən bildirişlərdən məlumatı olmamışdır. Hazırda borc məbləğindən heç bir ödəniş edə bilmir. Rəsmi olaraq heç bir yerdə işləmir. İşlə bağlı bir çox qurumlara müraciət etmiş lakin hələ heç bir müsbət cavab ala bilməmişdir. Hazırda sahibkar kimi fəaliyyət göstərir oradan gələn gəliri isə ailənin dolanışığına və kirayə haqqına çatmır. Qeyd edir ki Səkinə Əliyavanın ona 17000 manat borcu vardır. Bununla bağlı məhkəməyə müraciət edib. Ödənişdən boyun qaçırmır. Himayəsində 3 övladı var. İşlə təmin olunduqdan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Odur ki, məhkəmədən onun barəsində olan protokola xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmədə verdiyi izahatında göstərdi ki, Şəki Apaleyasiya məhkəməsinin 2(107)-310/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi ilə əlaqədar Şəxs 23800 manat pulun və 6000 ABŞ dollarının alınıb ona verilməsi nəzərdə tutulmuşdur. Borclu Şəxs ona olan borcundan heç bir ödəniş etməmişdir. Hazırda icra sənədi üzrə yaranmış borcdan heç bir ödəniş etməmişdir. Odur ki, borclu barəsində ciddi tədbir görülməsini və ona olan borcunun tam şəkildə ödənilməsini tələb edir. Beləliklə, icra orqanının nümayəndəsin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Şəki Apaleyasiya məhkəməsinin 2(107)- 310/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borc öhdəliyini ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcu ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 31.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, şəxsiyyətini xarakterizə edən halları, borcunun ailə vəziyyətini, himayəsində az yaşlı uşaqlarının olmasını, tələbkarın şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar