Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-29/2024 11.01.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1975–ci il tarixdə Qəbələ rayonu, Məlikli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Mingəçevir Bələdiyyəsinin “Qəbiristanlıqların idarə olunması və saxlanılması” şöbəsində müdir vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 516-1.2-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 516-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə qəbiristanlıqların qorunması tələblərini pozmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, təxminən 23 ilə yaxın müddətdir Mingəçevir Bələdiyyəsinin “Qəbiristanlıqların idarə olunması və saxlanılması” şöbəsində müdir vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə tabeçiliyində işləyən X1 DİN-nin 102 xidmətinə zəng edərək, oğlunun qəbrinin üzərində olan gülləri və digər qəbir daşlarını Məhluqə adlı qadının iribuynuzlu heyvanlarının yararsız hala salmasını bildirmişdir. Hadisə baş verən zaman o, əmək məzuniyyətində olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 36 təqvim günü müddətinə (30 təqvim günü + 6 təqvim günü staja görə) növbəti əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Ona görə də hadisədən tam məlumatlı olmamışdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir Bələdiyyəsinin “Qəbiristanlıqların idarə olunması və saxlanılması” şöbəsində qeydiyyat üzrə uçotçudur. xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng etmişdir. Belə ki, Məhluqə adlı qadına məxsus iribuynuzlu heyvanlar “Əli” qəbiristanlığına daxil olaraq rəhmətə getmiş oğlunun və digər qəbirlərin üzərində olan gülləri yemiş və qəbir daşlarını yararsız hala salmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə qəbiristanlıqların qorunması tələblərini pozmuşdur. İşdə olan Mingəçevir Bələdiyyəsinin sədri tərəfindən Məhluqə Muxtarovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, sahibi olduğu heyvanlar dəfələrlə Sağ Sahil qəbiristanlığına girərək qəbir daşlarını dağıdıb, qəbiristanlıq ərazisini batırıb. Edilən şifahi xəbərdarlıqlara məhəl qoymamışdır. Deməli, heyvanlarını qəsdən qəbiristanlığa buraxır. Ona ciddi xəbərdarlıq edilmiş və əgər bir daha heyvanları qəbiristanlıq ərazisinə girərsə, cərimə olunacağı, heyvanların müsadirə ediləcəyi və dağılmış məzarların təmirinin onun hesabına aparılacağı bildirilmişdir. İşdə olan Mingəçevir Bələdiyyəsinin sədri tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sağ sahil, Z.Hüseynova küçəsində yerləşən “Əli” qəbiristanlığının saxlanılması və idarə olunması ilə əlaqəli məsul şəxs “Qəbiristanlıqların idarə olunması və saxlanılması” şöbəsinin müdiri Şəxsdur. İşdə olan Mingəçevir Bələdiyyəsinin sədri tərəfindən Mingəçevir Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mingəçevir Bələdiyyəsinin “Qəbiristanlıqların (1,2,3 və 4 saylı qəbiristanlıqlar) idarə olunması və saxlanılması” şöbəsində Şəxs – şöbə müdiri, X1 - qeydiyyat üzrə uçotçu işləyir. İşdə olan Mingəçevir Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məzuniyyətin verilməsi haqqında əmrdən görünür ki, “Qəbiristanlıqların (1,2,3,4 saylı qəbiristanlıqlar) idarə olunması və saxlanılması” şöbəsinin müdiri Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 36 təqvim günü müddətinə (30 təqvim günü + 6 təqvim günü staja görə) növbəti əmək məzuniyyətinə buraxılmışdır. xx.xx.2023-cü il tarixdə işə başlamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs qəbiristanlıqların qorunması tələblərini pozması müəyyən olunmur. Belə ki, Şəxs qəbiristanlıqların qorunması tələblərini pozan şəxs kimi göstərilməklə onun barəsində İXM-in 516-1.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati iş materiallarında olan Mingəçevir Bələdiyyəsinin sədri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məzuniyyətin verilməsi haqqında əmrə əsasən “Qəbiristanlıqların (1,2,3,4 saylı qəbiristanlıqlar) idarə olunması və saxlanılması” şöbəsinin müdiri Şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək xx.xx.2022-xx.xx.2023-cü iş ili üçün 36 təqvim günü müddətinə növbəti əmək məzuniyyətinə buraxılmış, xx.xx.2023cü il tarixdə işə başlamışdır. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola əsasən xx.xx.2023-cü il tarixdə qəbiristanlıqların qorunması tələbləri pozulmuşdur. Lakin Şəxs həmin vaxt əmək məzuniyyətində olmuşdur. Hazırki vəziyyətdə isə Şəxs həmin inzibati xəta hadisəsinə aidiyyəti olmadığından, onun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 516-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş qəbiristanlıqların qorunması tələblərinin Şəxs tərəfindən pozulması müəyyən edilmir. Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinin 1-ci bəndində göstərilir ki, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası İXM-in 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-29/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-29/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver