Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-290/2021 19.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxx 1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 mənzil 21 ünvanda qeydiyyatda olub, ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs ondan xx.xx.2015-ci il tarixdə doğulmuş Menesa adlı uşağın və xx.xx.2018-ci il tarixdə doğulmuş Oder adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğdə alimentin tutulub X3 ödənilməsi barədə Şəki Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-905/2020 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə onun 3300 manat miqdarda aliment borcu yaranmışdır. İş materiallarından göründüyü kimi, Şəki Apelyasiya məhkəməsinin 11.06.020-ci il tarixli icra sənədi ilə Şəxs xx.xx.2015-ci il tarixdə doğulmuş Menesa adlı uşağın və xx.xx.2018-ci il tarixdə doğulmuş Oder adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat məbləğdə alimentin tutulub X3 verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin borclu alimenti lazımınca ödəməmiş, 3300 manat miqdarda aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəki Apelyasiya məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan cəmi 240 manat məbləğdə alimentin alınıb Rəvanə Səlimovaya verilməsi qət edilmişdir. Aliment borcunu ödəməkdən yayınmır. Hazırda zərərçəkmişə olan aliment borcundan 1500 (bir min beş yüz) manatını ödəmişdir. Buna görə də barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X2 verdiyi izahatında Şəxs zərər çəkmiş X3 olan aliment borcundan 1500 manatını ödədiyini bildirmişdir. Məhkəməyə təqdim olunmuş ödəniş qəbzindən görünür ki, Şəxs zərər çəkmiş X3 olan aliment borcundan 1500 manatını ödəmişdir. Şəxs və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-290/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-290/2021
19.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver