Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-290/2024 23.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət verən şəxs X10 və inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqan Azərbaycan Respublikası Qida X1 X14 nümayəndəsi X3 iştirakı ilə, Şikayət verən şəxs X10 Azərbaycan Respublikası Qida X1 X19 tərəfindən barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati işin icraatına xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Barəsində qərar qəbul edilən şəxs X16 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X1 X14 rəisi X7 xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli onun cərimə olunmağına dair inzibati xəta haqqında qərarın ləğv edilməsinə və inzibati işin icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X16 şikayət ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası Qida X1 X14 rəisi X9 tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* qərarına əsasən o fiziki şəxs olaraq Azərbaycan Respublikası İXM-İN 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Qida X1 X14 rəisi inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri tam araşdırmamış, əhəmiyyət verməmiş, bu səbəbdən də qanunsuz qərarın qəbul edilməsinə səbəb olmuşdur. Onun əməlində hər hansı bir inzibati xətanın tərkibi olmamışdır. Belə ki, işlətdiyi mağazada yararlıq müddəti keçmiş məhsulların satışı ilə məşğul olmur. Əgər belə məhsul olursa onu satışdan çıxarır. Digər tərəfdən Azərbaycan Respublikası Qida X5 X14 əməkdaşları məhsulların yararlıq müddətinə nəzarət etməlidir. 11 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyi məktubdan da görünür ki, **********-27003 kodlu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixdək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Bundan əlavə 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş fiziki şəxsin fəaliyyətinin dayandırılması haqqında arayışdan görünür ki, X10 (VÖEN **********) fəaliyyəti və əməliyyatlarının dayandırıldığı tarix xx.xx.2023-cü il, fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2028-ci ildir. 1 ildən artıq ki, vergi ödəyicisi kimi fəaliyyətdə deyil. Vəzifəli şəxs statusunda deyil. Onu da qeyd edir ki, ruhi əsəb dispanserində qeydiyyatdadır və ona nə imza etdiriblər xatırlamır. Odur ki, əməlində Azərbaycan Respublikası İXM-in 447.0.2-ci maddəsinin tərkibinin olmamasını nəzərə alıb, Azərbaycan Respublikası Qida X5 X14 rəisi X7 xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarını ləğv edib, onun inzibati məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X16 şikayət ərizəsini müdafiə edərək ona uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib edən orqan Azərbaycan Respublikası Qida X1 X14 nümayəndəsi X8 izahatında göstərdi ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Zaur” marketdə saxlama müddəti ötmüş məhsulların satılması həyata kecirildiyi müəyyən olunmuşdur. Belə ki, həmin marketdə istifadə müddəti bitmiş ərzaq məhsulları olan 2 ədəd çəkisi 500 qram “Lay-Lay” əmtəə nişanlı kakao kremli şirniyyat məhsulu, 3 ədəd çəkisi 300 qram “Mister Vafelka” əmtəə nişanlı şirniyyat məhsulu , 6 ədəd çəkisi 500 qram “surprise” əmtəə nişanlı müxtəlif meyvə dadlı rulet məhsulu, 7 ədəd çəkisi 370 qram bitki yağı tərkibli qatılaşdırılmış süd, 2 ədəd çəkisi 600 qram “Quruoğlu” əmtəə nişanlı marmelad, 4 ədəd çəkisi 870 qram “Servelat” əmtəə nişanlı bişmiş, hisə verilmiş kolbasa, 5 ədəd çəkisi 200 qram “1000 bərəkət dadlı nemət” əmtəə nişanlı xama məhsulu, 1 ədəd çəkisi 500 qram “Makaroni” əmtəə nişanlı makaron məhsullarını satması Qida X1 X14 əməkdaşları tərəfindən aşkar edilmiş və bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN seriyalı 159913 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Azərbaycan Respublikasının Qida X1 X17 göndərilmişdir. Azərbaycan Respublikasının Qida X1 X14 rəisi X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla vəzifəli şəxs X16 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Nümayəndə eyni zamanda məhkəmə iclasında bildirmişdir ki, qeyd olunan məhsulların hər hansı şəxs tərəfindən alınması yoxlama zamanı aşkar olunmamışdır. Lakin yoxlama aparmamışdan öncə agentliyə məxvi müraciət olunmuşdur. Nümayəndə qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzə toplanmış sənədlərə hüquqi qiymət verərək, tədqiq edilmiş mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, X10 şikayəti qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında işə yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İş materiallarında olan sübutlar: Azərbaycan Respublikası Qida X1 X14 yoxlamanın aparılması haqında qərarından görünür ki, X10 Mingəçevir şəhəri A.Məmmədov 5 A, 16 saylı məktəbin qarşısında ərzaq mağazasında xx.xx.2024-cü il tarixən xx.xx.2024-cü il tarixədək yoxlama keçirilməsi qərara alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024cü il tarixli KY252089031 saylıÇıxarışdan görünür ki, AQTA-nin X19 tərəfindən X11 məxsus Mingıçevir şəhəri A.Məmmədov küçəsi ev 5A, 16 saylı məktəbin qarşısında ərzaq mağazasında xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. Azərbaycan Respublikası Qida X1 X19 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, ünvan 2 ünvanda fəaliyyət göstərən “Zaur” marketdə saxlama müddəti ötmüş məhsulların satışı həyata keçirilməsi müəyyən edillmişdir. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati xəta haqqında protokol tərtib olnmuşdur. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Zaur” marketdə saxlama müddəti ötmüş məhsullarını satışı həyata keçirildiyi müəyyən olunmuşdur. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunmuşdur. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışa əsasən X10 xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixədək fəaliyyətin və əməliyyatların dayandırılması bildirilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, X11 məxsus olan **********-27003 kodlu təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin xx.xx.2023-cü il tarixdən -xx.xx.2028-ci il tarixədək dayandırılması vergi orqanı tərəfindən nəzərə alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 1109 nömrəli xx.xx.2017-ci il tarixli qərarına əsasən X10 döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmadiaqnoz “Sol baldırının güllə yarası” göstərilmşdir. 005766 nömrəli vəsiqədən görünür ki, X16 İİ qrup əlildir. Azərbaycan Respublikası Səhhiyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 4650 nömrəli Rəyə əsasən X10 üzvi şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enmesi ilə F07.0 diaqnozu ilə xəstədir. Mülki Məcəllə Maddə 570. Satıcının əşyanı vermək vəzifəsinin icrası məqamı 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il, 94 saylıQərarı 5.34. Pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən istehlakçının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alqı-satqı müqaviləsi satıcının istehlakçıya kassa və ya əmtəə çekini və ya malın dəyərinin ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış hesab edilir. 5.37. Satılan malın pulu ödənilərkən, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir. İnzibati Xətalar Məcəlləsi 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 135.1. İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 447.0. İstehlakçıların hüquqlarının pozulmasına, yəni: 447.0.2. saxlama müddəti ötmüş məhsulların satılmasına; fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından görünür ki, istehlakçıya malın satıldığını təsdiq edən qanunvericilikdə nəzərdə tutulmuş qəbz, kassa çeki və ya digər yazılı sənəd verilməlidir. Hazırki inzibati iş üzrə inzibati qərar qəbul edən orqan tərəfindən məhkəməyə barəsində inzibati qərar qəbul edilən şəxs tərəfindən hər hansı bir saxlama müddəti ötmüş məhsulun satılmasını təsdiq edən qəbz, kassa çeki və ya digər yazılı sənəd təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, məhsulların mağazadan satılması halı o halda baş verir ki, satıcı hər hansı bir malın pulunu alaraq kassaya mədaxil edərək, kassa qəbzi təqdim edərək məhsulu şəxsə satır. Hazırki işdə isə hər hansı bir satış baş vermədiyi halda X11 məhsulların satılmasına görə cərimə yazılmışdır. Ona cərimə yazan orqanın nümayəndəsi məhkəmə iclasında ona sübut etməlidir ki, o saxlama müddəti ötmüş məhsulları hər hansı bir şəxsə satmışdır. Satmağını təsdiq etmək üçün isə məhsulu alan şəxs və kassadan verilmiş məhsulun dəyərinin ödənilməsini təsdiq edən qəbz təqdim edilməlidir. Əks halda onun hərəkətində hər hansı bir inzibati xətadan söhbət gedə bilməz. İXM-nin 8-ci maddəsində qeyd olunur ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll olunmalıdır. İşin faktik hallarından görünür ki, inzibati xəta haqqında iş üzrə icraat aparılarkən Azərbaycan Respublikası İXM-nin tələbləri pozulmuş, X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu isə öz növbəsində İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə nəticələnmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X16 tərəfindən verilmiş şikаyət qismən təmin edilməli, X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair Azərbaycan Respublikası Qida X5 X14 xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilməli və həmin iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X2ytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-131 və 135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Qida X5 X14 rəisi X9 tərəfindən X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.2-ci maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2ytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan sürəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-290/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-290/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver