Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-294/2024 06.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər PŞ-nin sahə rəisi X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs X1 380 manat pulu oğurlamışdır. Mingəçevir şəhər PŞ-nin sahə rəisi X2 məhkəmə iclasında izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə “instagram” sosial şəbəkəsində (markoff.butik) geyim mağazası adı ilə online yolla X1 380 manat pulu oğurlamışdır. Ona görə də Şəxs barəsində MN №1860154 saylı, xx.xx.2024cü il tarixli protokol tərtib edilərək, baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Təxminən 4 ay bundan əvvəl “whatsapp” və “instaqram” sosial şəbəkələrində müxtəlif malların satışı ilə bağlı elan paylaşaraq, bir necə qruplara daxil olmuşdur. Orada müxtəlif şəxsləri aldadaraq pullarını ələ keçirmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər sakini Natella Hüseynova sosial şəbəkəsində onunla danışıb geyim əşyası sifariş edərək 380 manat məbləğində pulu onun kart hesabına köçürmüşdür. Lakin o, həmin geyimləri göndərməmiş və N.Hüseynovanı aldadaraq onun 380 manat pulunu ələ keçirmişdir. Bundan başqa o, başqa şəxsləri də müxtəlif vaxtlarda aldadaraq pullarını ələ keçirmişdir. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, xx.xx.2024cü il tarixdə “instagram” sosial şəbəkəsində olarkən (markoff.butik) geyim mağazası elanından geyim əşyaları sifariş etmişdir. ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və həmin şəxslə danışdıqdan sonra onun verdiyi unibanka aid leobank kartına 380 manat məbləğində pul köçürmüşdür. Danışıqlara əsasən Şəxs avtobus ilə həmin əşyaları göndərməli idi, lakin göndərməmişdir. Sonra o, DİN-in 102 xidmətinə müraciət edərək ərizə yazmışdır. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Şəxs qanun daxilində tənbeh verilməsini xahiş edir. İşdə olan sübutlar: MN №1860154 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” prtokoldan görünür ki, İsmayılov X6 şəhər ərazisində xx.xx.2024-cu il tarixdə saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. Mingəçevir şəhər PŞ-in KQM-in BƏM, polis mayoru Rövşən İsmayılov tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs izahatı alınmışdır. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs Bakı şəhərində saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmişdir. xx.xx.2024-cü il tarixli raportdan görünür ki, ünvan 1 ünvanında yaşayan X9 xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət edərək, arvadı X3 “instagram” sosial şəbəkəsi vasitəsi ilə adını bilmədiyi şəxslə ***-***-**-** nömrəsi ilə danışıb geyim sifariş verməsi 380 manat kartdan pul göndərməsi, lakin aldadılmasını bildirmişdir. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilmısi haqqında qərardan görünür ki, X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal isə müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alıb digər tənbeh tədbirinin tətbiqini kifayət saymayaraq hesab edir ki, şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2024–cü il tarixdən saat 20:00-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-294/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-294/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver