Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-30/2021 14.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclasının katibi X8, Mingəçevir ŞPŞ-nin DYPB-nin polis kapitanı X9 zərərçəkmiş şəxs X3 iştirakı ilə xx xxxxxx 1980-ci ildə Tər-tər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Tər-tər şəhəri T.İsmayılov küçəsi ev 7 ünvanında qeydiyyatda olan, ünvan 1 yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Mingəçevir ŞPŞ-nin DYPB-nin polis kapitanı X9 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər PS-nin DYPB-nin polis kapitanı X12 məhkəmə iclasında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində Mingəçevir şəhəri Bahar küçəsində yolnəqliyyat hadisəsi baş verməsi barədə məlumat verilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X5 nəqliyyat vasitəsinin idarə etmək hüququ olmadan xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi “Sepigan YF 200” markalı 85-A-978 dövlət qeydiyyat nişanlı motorellerlə köməkçi torpaq yolla əsas yol olan Bahar küçəsi istiqamətində hərəkətdə olan zaman baş yol hərəkətdə olan avtomobil buraxmalı olduğu halda qanunun tələbinə riayət etmədən yol ayrıcına daxil olmuş, bu zaman baş yol olan Bahar küçəsi ilə düzünə hərəkətdə olan X3 idarə etdiyi “Vaz-2106” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə toqquşmuş, sürücü Şəxs motorellerin idarəedilməsini itirmiş, nəticədə onun idarə etdiyi motoroller yoldan çıxaraq aşmışdı. Mingəçevir şəhər PSnin TB-nin baş təhqiqatçısı Ruzi Həsənovun “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmış, sürücü Şəxs barəsində İXM-nin 327.2 və 332.4-cü maddaləri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Mingəçevir şəhər PS-nin DYPB-nə verilmişdir. Bundan sonra Şəxs barəsində İXM-nin 327.2 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildridi ki, nəqliyyat vasitəsinin idarə etmək üçün sürücülük hüququ yoxdur. Ancaq qardaşı X2 məxsus “Sepigan YF 200” markalı 85-A-978 dövlət qeydiyyat nişanlı motorelleri idarə edir. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində idarə etdiyi həmin motorollerlə torpaq yolla hərəkətdə olub, Bahar küçəsinə çıxdı. Yolun kənarında dayanıb X1 deyirdi. Bu zaman Bahar küçəsi ilə gələn X3 idarə etdiyi “Vaz-21065” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşın arxadan onun idarə etdiyi motorolleri vurdu, nəticədə motoroller aşaraq yaxınlıqdakı suya düşdü. Oradakı adamlar yaxınlaşıb onu motorollerdən çıxardılar. Xəsarət aldığına görə təcili yardıma zəng etdilər. Təcili yardım hadisə yerinə gəldi, ona tibbi yardım göstərildi. Hesab edir ki, yol nəqliyyat hadisəsi onun təqsirli hərəkətləri səbəbindən baş verməmişdir və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuzdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasında verdiyi izahatnda bildirdi ki, sürücülük hüququ var və “Vaz-2106” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə ilə idarə edir. xx.xx.2020-ci il tarixdə saat 18:00 radələrində həmin avtomaşınla baş yol olan Bahar küçəsi ilə 40- 50 km/saat sürətlə yaşadığı evə tərəf gedirdi. Həmin vaxt köməkçi torpaq yolla hərəkətdə olana Alışov İbrahim oğlunun idarə etdiyi “Sepigan YF 200” markalı 85-A-978 dövlət qeydiyyat nişanlı motoreller gözlənilmədən onun idarə etdiyi avtomaşının hərəkət zolağına çıxdı. Bu zaman aralarındaki məsafə 15-17 metr olardı. O, avtomobilin ayaq əyləncindən istifadə etsə də, saxlaya bilməyib həmin motorollerin sağ arxa təkər hissəsindən vurdu. Şəxs idarə etdiyi motoroller asfalt yoldan yolun sağ kənarına çıxaraq aşdı. O, dərhal yerə düşüb Şəxs motorollerdən çıxarılmasına kömək etdi. Hadisə zamanı onun idarə etdiyi avtomaşın zədələnmişdir. Yol nəqliyyat hadisəsi motorollerin sürücüsü Şəxs hərəkətləri nəticəsində baş vermişdir. Çünki köməkçi yolla gələn motorollerin sürücüsü onu gözləməli, ona yol verməli idi. Ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də Şəxs barəsində qanuna müvafiq qərarın çıxarılmasını xahiş edir. Barəsində inziati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatəti ilə məhkəmə iclasnda şahid kimi izahat verən X6 bildirdi ki, örüşdən qayıdanda ona məxsus mal-qaranı evlərinə aparmaq üçün xx.xx.2020-ci il tarixdə saat 18:00 radəlrində yol kənarına çıxmışdı. Şəxs idarə etdiyi motorollerin torpaq yolla Bahar küçəsi istiqamətində hərəkət etdiyini gördü. Yanında olan digər adamlarla söhbt edən zaman səs eşidib geri dönüb baxan zaman gördü ki, Elman Əsədovun idarə etdiyi “Vaz-2106” markalı avtomaşın Şəxs idarə etdiyi motorollərə toqquşmuş, nəticədə motoroller aşaraq yaxınlıqdakı suya düşmüşdür. O, digər addamların köməyi ilə Şəxs motorollerdən çıxardı. M. Alışov xəsarət almışdı. İşə əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2021-ci il tarixli 8/417 saylı ekspert rəyində göstərilir ki, 2a. məhkəmə tərəfindən təqdim olunan məlumatlara əsasən, Sepigan YF 200 markalı 85A978 dövlət qeydiyyat nişanlı motorellerin sürücüsü Şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 77-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs motorolleri sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 2b. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə; hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 markalı, 10HP753 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31,8-41,6 metrdən kiçik məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. - hərəkət üçün təhlükə yaranan anda VAZ-2106 markalı, 10HP753 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən 31,8-41,6 metrdən böyük məsafədə olmasının məhkəmə tərəfindən müəyyən edilməsi şəraitində, sürücü X3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və şahidin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddələr ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Şəxs alınıb aşağıdakı rekvizitlər üzrə dövlət büdcəsinə keçirilsin: SAP (XİİS) hesabı, Adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, HESAB AZ34CTRE**********00088501 Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakmi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-30/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-30/2021
14.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver