Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-30/2022 12.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs oğlunun iştirakı ilə xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM–in 206-cı və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs qeyri-rəsmi diş texniki kimi fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən tibb müəssisəsindən polis əməkdaşları tərəfindən 07.10.2022-ci il tarixdə keçirilən yoxlama zamanı yayınaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, 10.01.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və narkoloji müayinə zamanı narkotik vasitələrdən istifadə etdiyi aşkar edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206–cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və göstərdi ki, o, bir olar diş texniki kimi ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində fəaliyyət göstərir. Hazırda sənədlərini aidiyyəti orqanlara təqdim etmişdir. Səfərov Rəsul Mübariz oğlu və Hüseynov Mövlud Eşqin oğlu da onun yanında köməkçi kimi fəaliyyət göstərirlər. O,arasıra narkotik maddə qəbul edir. Bir neçə gün bundan əvvəl iştirak etdiyi ad günü məclisindən çıxdıqdan sonra sərxoş vəziyyətdə narkotik maddə olan marixuana qəbul etmişdir. O, iş yerində narkotik vasitə olan marixuanadan istifadə etməmişdir. Bununla belə 08.01.2022-ci il tarixdə polis əməkdaşları onun işlədiyi tibb müəssisəsinə gəlmiş və onların narkotik vasitədən istifadə edib-etməmələri ilə bağlı yoxlama aparılmasını bildirdikdə, o, qorxduğu üçün qaçmışdır. Sonradan polis əməkdaşları onu çağırsalar da, o qayıtmamışdır, polisləri görən vaxt qaçmışdır. Polis əməkdaşları onu arxadan çağırsalar da o, qayıtmamışdır. Lakin o, 2 gün sonra tutulmuşdur. Hazırda əməlindən peşimandır. Odur ki, ailə vəziyyətini və İİİ qrup əlil olmasını nəzərə alaraq, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-nin ƏRQ-nun K/inspektoru X6 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvvəkili Orxan Hüseynovla birlikdə 08.01.2021-ci il tarixdə Mingəçevir şəhəri, 20 yanvar küçəsi, bina 37 ünvanında stomatoloji fəaliyyət ilə məşğul olan, Mingəçevir şəhər sakini Şəxs işlətdiyi stomatoloq tibb məntəqəsinə baxış keçirərkən, Səfərov Rəsul Mübariz oğlunu və Hüseynov Mövlud Eşqin oğlunu işlədikləri tibb məntəqəsində müəyyən etsələr də, lakin məntəqəni işlədən Şəxs onları görə kimi qaçıb getdi. O və digər polis əməkdaşı Orxan Hüseynov Şəxs çağırsalar da, qayıtmamış və qaçaraq uzaqlaşmışdır. Ondan sonra o, dəfələrlə telefon vasitəsi ilə Şəxs zəng etsə də, sonuncu uzaqda olduğunu bildirərək, gəlməkdən imtina etmişdir. Sonra isə telefonu söndürmüşdür. Bununla da Şəxs onun qanuni tələblərinə tabe olmamışdır. Buna baxmayaraq, görülmüş zəruri tədbirlər nəticəsində Şəxs 10.01.2022-ci il tarixdə polis şöbəsinə aparılmışdır. Həmin vaxt keçirilmiş ekspertiza nəticəsində onun narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvvəkili X9 oğlu da şahid X6 ilə eyniməzmunlu ifadə verərək onu göstərdiyi xüsusatları təsdiq etdi. İşə əlavə edilmiş 10.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs qanunsuz tibbi fəaliyyətlə məşğul olması ilə bağlı 08.01.2022-ci il tarixdə ünvan 5 ünvanında keçirilən yoxlama zamanı o, oradan yayınaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, 10.01.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş və narkoloji müayinə zamanı narkotik vasitələrdən istifadə etdiyi aşkar edilmişdir. İşə əlavə edilmiş 10.01.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10.01.2022-ci il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 10.01.2022-ci il tarixli 16 saylı protokoldan görünür ki, Şəxs narkotik maddələrin istehlakı nəticəsində yaranmış narkotik sərxoşluğu aşkar edilmişdir. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında 11.01.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində tərtib edilmiş 10.01.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin 11.01.2022-ci il tarixli 32 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. İşə əlavə edilmiş elektron sistemdən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlillik dərəcəsi ilə müavinət alır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs qeyri-rəsmi diş texniki kimi fəaliyyət göstərdiyi ünvan 2 ünvanında yerləşən tibb müəssisəsində keçirilən yoxlama zamanı oradan yayınaraq polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqla və narkotik vasitə olan qurudulmuş marixuana qəbul etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətaları törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs İİİ qrup əlilliyinin olması və əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 35.1-ci maddəsinə əsasən şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206–cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilsə də, digər maddəyə münasibətdə daha ciddi xəta hesab edildiyinə görə ona həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin inzibati həbs növündə inzibati tənbehi çəkilib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Məhkəmə, həmçinin Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə və narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğuna dair ekspert rəyinə münasibətdə qeyd edir ki, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olsa da, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsə də, İİİ qrup əlilliyi olduğuna görə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydalarının İİ hissəsinin 3-cü bəndinə əsasən, məcburi müalicə narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə şəxslərə tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 206-cı maddəsi ilə 20 (iyirmi ) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli 10 yanvar 2022–ci il tarixdən saat 22:00-dən hesablansın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-30/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-30/2022
12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver