Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-300/2020 16.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu və X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 211-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Şəxs barəsində tərtib olunmuş xx xxxxx 2020-ci il tarixli, İXP-3206982 saylı protokolda göstərilmişdir ki, Şəxs barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli, TP-3617941 saylı inzibati xəta haqqındakı protokolu qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, həmin protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki, daxil olmuş inzibati xəta haqqında material araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. Belə ki, Şəxs barəsində İXP-3206982 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, lakin onun Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyini sübuta yetirəcək digər sənədlər inzibati xəta haqqında protokola əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsinin tələbinə görəepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmişəsaslar olmadan icra edilməməsinə görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Yuxarıda qeyd olunan Qanunvericiliyin tələbindən də göründüyü kimi şəxsin inzibati məsuliyyətə cəlb olunmasıüçün, inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi halları mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixliİXP ******* saylı inzibati xəta haqqında protokola düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda sadalanan xüsusatlarla bağlı təqdim olunmuş protokol düzgün tərtib olunmadığına görə həmin material onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev.
Məhkəmə qərarları › İş №3(051)-300/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-300/2020
16.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver