Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-302/2022 25.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Yevlax rayonu, Ərəş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, M ü ə y y ə n e t d im : Fətəliyeva X4 şəhər məhkəməsinin 2(051)-2165/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli icra sənədi ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən ondan və X2 5000 (beş min) manat pul alınıb X1 hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Lakin həmin qətnamədən narazıdır. Bundan əlavə digər borclu Elçin Bəşirov 2500 manat ödəniş etmiş, o isə 3500 manat dəyərində yataqxanadan 1 otaqlı ev almışdır. 1 ay yaşadıqdan sonra tələbkar Tamella İsayevaya olan borcun qarşılığında yataqxanada olan ona məxsus həmin mənzili Tamella İsayevaya vermişdir. Zərərçəkmiş şəxs X6 qızı məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs və X2 5000 (beş min) manat pul alınıb onun hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Şəxs bu vaxta qədər borcundan heç bir ödəniş etməmişdir. Şəxs qərəzli olaraq icra sənədini icra etməkdən boyun qaçırır. Borcun ödənilməsini tələb edir. Əks halda Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli icra sənədinə əsasən Şəxs və X2 5000 (beş min) manat pul alınıb X3 verilməlidir. İcra sənədini icra etmə vəzifəsi və icra etməmənin hüquqi nəticələri Şəxs izah olunmuş, lakin o, icra sənədini icra etməkdən boyun qaçırmış, bu vaxta qədər heç bir ödəniş etməmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halın olmadığını, qadın olmasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-302/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-302/2022
25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver