Məhkəmə qərarları › İş №3(051)-303/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-303/2020

01.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-303/2020 01.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Zərər çəkmişşəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Mingəçevir şəhəri, N.ünvan 1 mənzil 11 ünvanda qeydiyyatda olub, ünvan 2 üvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ciildə Zərərçəkmiş şəxs və anası Hüseynova Bəhicə Möhübbət qızı iləşəxsi münasibətlər zəminində mübahisə edib ona fiziki ağrı yetirməklə döymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdəZərərçəkmiş şəxs və B.Hüseynova iləşəxsi münasibətlər zəminində aralarında mübahisə yaranmışdır. Mübahisə zamanıəsəbi olduğu üçün əli iləZərərçəkmiş şəxs və anası Hüseynova Bəhicə Möhübbət qızını itələmiş, lakin onları döyməmişdir. Onun əməlində inzibati xətanın tərkibi yoxdur. Buna görə də barəsində qanuni qərarın qəbul edilməsini xahiş edir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdəŞəxs onun yaşadığıünvana gəlmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanıŞəxsəli ilə onun sifət nahiyəsinə bir neçə dəfə vurmuş və ona fiziki ağrı yetirməklə döymüşdür. Buna görə də Şəxs barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X4 xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, xx xxxxxx 2020-ci il tarixdə Şəxs Zeynəb və onun anası Bəhicəyə xəsarət yetirdiyini bildirmişdir. Zərərçəkmiş şəxs və Bəhicə Hüseynovanın üzərində xəsarətlərin olub olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdəşəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs və Hüseynova Bəhicə Möhübbət qızınıəli ilə vuraraq zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə döymüşdür. Təhqiqatçının xx xxxxx 2020-ci il tarixli qərarı ilə Zərərçəkmiş şəxs, Hüseynova Bəhicə Möhübbət qızının, X3, Şəxs, X1, X2 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs xx xxxxxx 2020-ci ildə Zərərçəkmiş şəxs və Hüseynova Bəhicə Möhübbət qızı iləşəxsi münasibətlər zəminində mübahisə edib əli ilə onun sifət nahiyəsini vurmuşdur. İşə əlavə olunmuş xx xxxx 2020-ci il tarixli, 6(051)-5/2020 saylı qərarı ilə Zərərçəkmiş şəxs Mingəçevir şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı Cavid Kərimovun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından verdiyi şikayət təmin edilməsi, Mingəçevir şəhər Polis Şöbəsində toplanmış HK-1/319 və HK-1-320 saylı materialları üzrə cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2020-ci il tarixli qərar ləğv edilməsi, Mingəçevir şəhər Polis Şöbəsi toplanmış HK-1/319 və HK-1-320 saylı materialları Mingəçevir şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətili orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsinə görə Azərbaycan RespublikasıİXM 53.0.7-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21, 38, 40 , 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım : Şəxsbarəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.7-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar