Məhkəmə qərarları › İş №3(051)-304/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-304/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-304/2021 24.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X2 Mingəçevir şəhər icra və probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1954-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Əsgərov X1 Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-1020/10 №li icra sənədi üzrə141512.83 manat əsas borc və 943.43 manat, cəmi 142456.26 manat, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(005)-908/2012 №li icra sənədi üzrə 212.000 ABŞ dolları, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-832/2018 №li icra sənədi üzrə 45000 ABŞ dolları, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (006)- 4050/2019 №li icra vərəqəsinə əsasən 140.000 manat, tələbkarlara ödəməlidir. Lakin qanunla müəyyən edilmiş vaxt ərzində borcu ödəmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, tələbkarlara Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-1020/10 №li icra sənədi üzrə141512.83 manat əsas borc və 943.43 manat, cəmi 142456.26 manat, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(005)-908/2012 №li icra sənədi üzrə 212.000 ABŞ dolları, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-832/2018 №li icra sənədi üzrə 45000 ABŞ dolları, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (006)-4050/2019 №li icra vərəqəsinə əsasən 140.000 manat ödəməlidir. Lakin həmin pulları ödəməyə imkanı yoxdur. Qeyd edilən məhkəmə qərarlarından narazıdır. Şikayət verəcəkdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-1020/10 №li icra sənədi üzrə141512.83 manat əsas borc və 943.43 manat, cəmi 142456.26 manat, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli 2(005)-908/2012 №li icra sənədi üzrə 212.000 ABŞ dolları, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-832/2018 №li icra sənədi üzrə 45000 ABŞ dolları, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 (006)-4050/2019 №li icra vərəqəsinə əsasən 140.000 manat tələbkarlara ödəməlidir. İcra sənədini icra etmə vəzifəsi və icra etməmənin hüquqi nəticələri Şəxs izah olunmuş, lakin o, indiyə qədər həmin borcundan heç bir ödəniş etməmiş, icra sənədini icra etməkdən boyun qaçırmışdır. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs oğlunun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 600 (altı yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar