Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-305/2020 19.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi x8, İcra və Probasiya şöbəsinin icra məmuru x10 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x9 Zərərçəkmiş şəxs x1 iştirakı ilə 24.02.1977-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Mingəçevir şəhəri Tibb Texnikumunun yataqxanasında məskunlaşan x9 barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Mingəçevir şəhər məhkəməsinin 2(051)-1570/2018 №li 06.07.2018-ci il tarixli icra sənədi ilə x4 6730 manat, Ağdam rayon məhkəməsinin 2(013)-2871/2018 saylı 29.10.2018-ci il tarixli icra sənədi ilə x2 3500 manat borcunu ödəmədiyinə görə x9 barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan x9məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ondan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1570/2018 №li 06.07.2018-ci il tarixli icra sənədi ilə x4 6730 manat, Ağdam rayon məhkəməsinin 2(013)- 2871/2018 saylı 29.10.2018-ci il tarixli icra sənədi ilə x2 3500 manat məbləğdə pul alınıb verilməlidir. Uşağının xəstəliyi, maddi vəziyyəti ilə əlaqədər borcunu ödəyə bilməmişdir. Elə bir əmlakı da yoxdur ki, satıb borcunu ödəsin. Hər zərərçəkmişə 500 manat, cəmi 1000 min manat ödəmiş, borcun qalan hissəsinin ödənilməsi ilə bağlı tələbkarlarla razılığa gəlmişlər. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etməmişdir. Zərərçəkmiş şəxs x3 məhkəməyə iclasında borcdan 500 manat ödənildiyini bildirərək, borclu x9 ilə borcla bağlı razılığa gəldikləri üçün işin icraatına xitam verilməsini xahiş etdi. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru x10 məhkəmə iclasında bildirdi ki, x5 Ağdam rayon məhkəməsinin 2(013)-2871/2018 saylı 29.10.2018-ci il tarixli icra sənədinə əsasən 3500 manat pul alınıb tələbkar x2, Mingəçevir şəhər məhkəməsinin 2(051)-1570/2018 №li 06.07.2018-ci il tarixli icra sənədinə əsasən 6730 manat tələbkar x4 verilməlidir. Borclu həmin məbləğlərdən cəmi 1000 manat ödəmiş, qalan borcu isə ödəməmişdir. Hazırda tərəflər həmin borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Zakir Musayevin borcu üzrsüz səbəbdən deyil, maddi imkanı olmadığına görə ödəyə bilməmişdir və tərəflər həmin borcun ödəməsi ilə bağlı razılığa gəlmişlər. x12 məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə iclasında müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, x6 əməlində Mingəçevir şəhər məhkəməsinin 2(051)-1570/2018 №li 06.07.2018-ci il tarixli icra sənədi üzrə cəmi 6730 manat, Ağdam rayon məhkəməsinin 2(013)-2871/2018 saylı 29.10.2018-ci il tarixli icra vərəqi üzrə 3500 manat pulun alınması ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq qərara aldım : x9 barəsində Mingəçevir şəhər məhkəməsinin 2(051)-1570/2018 №li 06.07.2018-ci il tarixli icra sənədi üzrə cəmi 6730 manat, Ağdam rayon məhkəməsinin 2(013)-2871/2018 saylı 29.10.2018-ci il tarixli icra vərəqi üzrə 3500 manat pulun alınması ilə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-305/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-305/2020
19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver