Məhkəmə qərarları › İş №3(051)-305/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-305/2024

23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-305/2024 23.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, X7 Xidmətinin Yevlax Regional Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1960-cı ildə Yevlax rayonu, Əkşəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ortatəhsilli, Yevlax rayonu, Əkşəm kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X7 Xidmətinin Yevlax Regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏNETDİ: X7 Xidmətinin Yevlax Regional şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:30da Mingəçevir şəhəri Mərkəzi avtovağzal ərazisində reyd zamanı idarə etdiyi “Mersedes - B” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Şəxs qanunvericiliklə nəzərdə tutulmuş sənədləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X7 Xidmətinin Yevlax Regional şöbəsinin əməkdaşlarına təqdim etməmişdir. X7 Xidmətinin Yevlax Regional şöbəsinin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Yanında X7 Xidmətinin Yevlax Regional şöbəsinin xx.xx.2024-cü il tarixli 04 №li Əmrinə əsasən 01, 02, 03, 04 və 05 may 2024-cü il tarixlərində Mingəçevir şəhərində reyd keçirilməsi əmr edilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində Mingəçevir şəhəri Mərkəzi avtovağzalı ərazisində reyd zamanı Şəxs idarə etdiyi “Mersedes -B” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mingəçevir–Bərdə” istiqamətində qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuşdur. Şəxs qanunvericiliklə nəzərdə tutulmuş sənədləri təqdim etməkdən imtina etmişdir. Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati protokol tərtib edilərək tədbir görülməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iclasında təqdim olunmuş xx.xx.2024-cü il tarixli 04 №li əmrin surətindən görünür ki, 01, 02, 03, 04 və 05 may 2024-cü il tarixlərində Mingəçevir şəhərində reyd keçirilməsi qərara alınmışdır. İşdə olan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli MN1900092 №li protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində Mingəçevir şəhəri Mərkəzi avtovağzalı ərazisində reyd zamanı Şəxs “Mersedes-B” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar olunmuş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Yevlax regional idarəsinin inspektorları X5, X3 və X1 şəhəri Mərkəzi avtovağzalı ərazisində reyd zamanı sürücü Şəxs ona məxsus “Mersedes-B” markalı, **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu aşkar edilmiş və o, qanunvericiliklə nəzərdə tutulmuş sənədləri təqdim etməmişdir. Şəxs törətdiyi inzibati xətanın mahiyyəti izah olundu və inzibati protokol tərtib olunacağı xəbərdarlıq edildi. Lakin o, protokolla bağlı izahat vermək, protokola imza etməkdən və protokolun sürətini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il № 141 Qərarıilə təsdiq edilmiş“Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən 3.5. Sərnişin daşımalarını yerinə yetirən sürücüdə aşağıda göstərilən şəxsi sənədlər və nəqliyyat vasitəsinin sənədləri olmalıdır: 3.5.1. müvafiq sərnişin avtonəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi; 3.5.2. avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi; 3.5.2-1. beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin daşımaları xidmətini həyata keçirən ümumi istifadədə olan avtonəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnamə (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda); 3.5.3. avtonəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş hallarda dövlət texniki baxışından keçməsi, habelə texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında sənəd; 3.5.4. avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsi; 3.5.5. müəyyən edilmiş formada yol vərəqəsi; 3.5.6. avtonəqliyyat vasitəsi üçün verilən lisenziya kartı; 3.5.7. icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, etibarnamə (daşıyıcı avtonəqliyyat vasitəsinin sahibi olmadıqda); 3.5.8. sürücünün qaz balonlu sərnişin avtonəqliyyat vasitələri ilə təhlükəsiz işləməyə dair təlim keçməsi haqqında vəsiqə (şəhadətnamə), avtonəqliyyat vasitəsində quraşdırılmış qaz balonlarının müayinədən keçməsi və nəqliyyat vasitəsinin qaz yanacağı ilə işləməyə uyğunlaşdırılması haqqında akt. 16.4. Sərnişin avtonəqliyyat vasitəsində bu Qaydaların 3.5-ci və 3.6-cı bəndində nəzərdə tutulmuş zəruri sənədlər olmadıqda, müəyyən edilmiş formada protokol və ya akt tərtib edilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, Şəxs əmr əsasında keçirilən reyd zamanı tələb olunan sənədləri müvafiq icra hakimiyyəti orqanının əməkdaşına təqdim etməmiş, bununla da Azərbaycan Respublikası İXM-in 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Şəxs inzibati tənbeh növü təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 552-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbeh növü təyin edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar