Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-306/2020 22.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru x7 iştirakı ilə, 01.06.1993-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan x4 barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: x8, barəsində tətbiq edilmiş 300 manat məbləğdə inzibati cərimə olunması haqqında Mingəçevir şəhər məhkəməsinin 3 (051)-470/2019 saylı, 20.08.2019-cu il tarixli qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Ona görə də Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən barəsində İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, x1 şəhər məhkəməsinin 3(051)-470/2019 saylı, 20.08.2019cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğdə inzibati cərimə edilmişdir. Lakin inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ayşən Kulimova bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 3(051)- 470/2019 saylı, 20.08.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğdə inzibati cərimə olunmuşdur. Maddi imkanı olmadığına görə cəriməni qanunla müəyyən olunmuş vaxt ərzində ödəyə bilməmişdir. Məhkəmə iclasında icra məmuru x9 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 3(051)-470/2019 saylı, 20.08.2019-cu il tarixli qərarına əsasən x8 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğdə inzibati cərimə olunmuşdur. x11 cəriməni odəmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.Kulimova ona təyin edilmiş cəriməni ödəməmişdir. Bunu isə maddi imkanı olmaması ilə izah etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Təqdim olunmuş sənədləri araşdırıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.Kulimovanın əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsinin tərkibi vardır. İnzibati Xətalar Məcəllənin 30.2-ci maddəsinə əsasın himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 28.4.3.-cü maddəsinə əsasən himayəsində üç yaşınadək uşağı olan qadınlara ictimai işlər cəzası tətbiq oluna bilməz. İş materiallarından isə görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.Kulimovanın himayəsində 09.10.2018-ci il təvəllüdlü Dərya adlı bir uşağı var. Göstərilənlərə əsasən hesab edirəm ki, x2 Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinməli, lakin himayəsində 09.10.2018-ci il təvəllüdlü uşağı olduğu üçün barəsində inzibati tənbeh tətbiq edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələri rəhbər tutub Qərara aldım: x8 Azərbaycan Respublikası İnzıbati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, ancaq himayəsində 2018-ci il təvəllüdlü uşağı olduğu üçün barəsində inzibati tənbeh tətbiq edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-306/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-306/2020
22.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver