Məhkəmə qərarları › İş №3(051)-308/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-308/2020

29.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-308/2020 29.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 mənzil 36-A ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs barəsində tətbiq edilmiş 300 manat məbləğdə inzibati cərimə olunması haqqında Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 3(051)-708/2017 saylı qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, iş materiallarından görünür ki, Şəxs xx xxxx 2017-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinin qərarına əsasən Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğdə inzibati cərimə edilmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 157ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərarı qanuni qüvvəyə mindiyi gündən cəriməni 25 gün müddətində qanunla müəyyən edilmişəsaslar olmadan ödəməmiş və buna görə də barəsindəİnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs ona istinad olunan inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2017-ci il tarixli qərarına əsasən Azərbaycan RespublikasıİXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğdə inzibati cərimə olunmuşdur. Maddi vəziyyəti aşağı səviyyədə olduğu üçün cəriməni qanunla müəyyən olunmuş vaxt ərzindəödəyə bilməmişdir. Əlinə pul keçən kimi ilk növbədə cəriməni ödəyəcəkdir. Buna görə də barəsində yüngül tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X2 izahatında göstərmişdir ki, Şəxs300 manat məbləğdə inzibati cəriməödəməli olduğu halda, cəriməni ödəməmişdir. Cərimənin ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatının alınmasıüçün şöbəyə dəvət etmişdir. Lakin, buna baxmayaraq Şəxs cəriməni ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan RespublikasıİXM-nin 529.1 və ya 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu inzibati xəta haqqında işüzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə yekun qərar qəbul edənədək cəriməni ödəməmişdir. Məhkəmədə Şəxs qanunla müəyyən edilmiş qaydada cəriməsini ödəməməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 160 saat müddətinə ictimai işlərə cəlb edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar