Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-309/2022 31.05.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs oğlunun iştirakı ilə xx.xx.2001-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 31 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs 30.05.2022–ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketin qarşısında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs oğlu Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs oğlunun həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs oğlu məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamda təqsirli bildi və göstərdi ki, 30.05.2022-ci il tarixdə saat 23:00 radələrində içkili olduğu üçün Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketin qarşısında ucadan səs-küy salaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamşdır. Ona görə də onu polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş, Mingəçevir ŞPŞ-in PPX bölüyünün polis nəfəri X2 ifadəsində göstərdi ki, 30.05.2022-ci il tarixdə saat 23:00 radələrində xidmətdə olan zaman Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketin qarşısında bir nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşmışlar. Həmin şəxsə yaxınlaşan zaman onun içkili vəziyyətdə olduğunu görüb onu nizam-intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra onlar həmin hərəkətlərin qarşısının alınması məqsədi ilə onu məcburi qaydada polis şöbəsinə gətirmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin PPX bölüyünün polis nəfəri X1 da digər şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İş materiallarına əlavə edilmiş 31.05.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 30.05.2022–ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketin qarşısında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş 31.05.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 31.05.2022-ci il tarixdə saat 05:00-da inzibati qaydada tutulmuşdur. İşə materiallarına əlavə edilmiş 31.05.2022-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokoldan görünür ki, Şəxs oğlunun spirtli içki qəbul etdiyi aşkar edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs oğlu 30.05.2022–ci il tarixdə saat 23:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” supermarketin qarşısında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici izahatı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs təqsirini etiraf edərək əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən, sərxoş vəziyyətdə olması isə onun məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcud olmasını nəzərə alaraq, Şəxs oğlunun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs oğlu məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-309/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-309/2022
31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver