Məhkəmə qərarları › İş №3(051)-31/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-31/2022

31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-31/2022 31.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmənin iclas katibi X1, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs Zeynal qızı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, 11.11.1981-ci ildə Mingəçevir şəhərində anadn olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 4/5 ünvanında yaşayan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər məhkəməsinin 25 fevral 2021-ci il tarixli 2(051)-339/2021 saylı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə hakimin 3(051)-31/2022 №-li 27 yanvar 2022-ci il tarixli qərarı ilə inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərardan apelyasiya şikayəti verilmiş və Şəki Apellyasiya Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə Mingəçevir şəhər məhkəməsinin hakiminin 3(051)- 31/2022 №-li 27 yanvar 2022-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Apellyasiya Məhkəməsinin qərarında göstərilir ki, borclu Şəxs həqiqətən əlil olub-olmamasını, onun iddia etdiyi aliment ödənişlərinin real olaraq ödənilib-ödənilməməsini, o cümlədən ödənildiyi göstərilən məbləğlərin zərərçəkmiş şəxsə çatdırılıb-çatdırılmamasını, habelə X2 faktiki nə qədər aliment borcunun olduğunu da müəyyən etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasında bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilir ki, onun 1455 manat aliment borcu vardır. Ancaq onun həmin məbləğdə aliment borcu yoxdur. Bundan əlavə 2 –ci qrup əlildir, heç bir yerdə işləmir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru bildirdi ki, aliment borcu düzgün hesablanmamışdır, ona elə gəlir ki, Şəxs protokolda qeyd edilən məbləğdə aliment borcu qalmamışdır. Məhkəmə hesab edir ki, X2 faktiki olaraq nə qədər aliment borcu olması, onun 2-ci qrup əlil olub-olmaması, iş yerinin və yaxud hər hansı gəlir yerinin olub-olmaması, əgər aliment borcu vardırsa mülkiyyətində tutmanın yönəldilməsinə imkan verən hər hansı daşınar və ya daşınmaz əmlakının olması müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq hesab edirəm ki, obyektiv, qanuni qərar qəbul edilməsi üçün qeyd edilən halların tam araşdırılması məqsədi ilə inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qərara aldım: Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru tərəfindən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar