Məhkəmə qərarları › İş №3(051)-310/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-310/2021

17.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-310/2021 17.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində olan inzibati iş üzrə cəriməni və dəbbə pulunu ödədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs oğlu inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında qərarın icrasına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli EQ ******* saylı DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, həmin qərar Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat cərimə, 24 manat dəbbə pulu hesablanmaqla, cəmi 64 manat məbləğində inzibati cərimə edilmiş, İşdə olan xx.xx.2020-ci il tarixli EQ ******* saylı DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, həmin qərar Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat cərimə, 6 manat dəbbə pulu hesablanmaqla, cəmi 16 manat məbləğində inzibati cərimə edilmiş, İşdə olan xx.xx.2020-ci il tarixli EQ ******* saylı DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, həmin qərar Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 manat cərimə, 6 manat dəbbə pulu hesablanmaqla, cəmi 16 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli “xxxx” ASC-ə məxsus mədaxil qəbzlərindən görünür ki, Şəxs oğlu həmin tarixdə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hesabına həmin protokollar üzrə 64 manat, 16 manat, 16 manat, cəmi 96 manat cərimə ödəmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs oğlunun 10 manat, 10 manat, 40 manat; cəmi 60 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 446-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ : Azərbaycan Respublikası DİN-in Mingəçevir DYPB tərəfindən Şəxs barəsində çıxarılmış xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli, xx.xx.2020-ci il tarixli EQ4264425 nömrəli və xx.xx.2020-ci il tarixli EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarların icrasına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar