Məhkəmə qərarları › İş №3(051)-311/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-311/2020

30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-311/2020 30.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimiHüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və zərərçəkmiş X2 iştirakı ilə, xx xxxxxxxx 1985-ci ildə Mingəçevir şəhərində doğulan, subay, orta təhsilli, Abşeronu rayon Xırdalan şəhəri məhəllə 28 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhəri ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində yaşadıqları evin həyətində X5 ilə mübahisə edərək əli ilə müxtəlif formada bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, Sevinc Muradova onun xalasıdır. Yaşadıqları ünvanda həyat yoldaşı Sevda, azyaşlı övladı, xalası Sevinc və Dayısı Sahib ilə yaşayır. Xalası ilə münasibətləri daim normal olmuşdur, lakin ara-sıra şəxsi münasibətləri zəmnində sözlə mübahisələri olmuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində həyətdə olan ağacları budamağa gör xalası Sevinc ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı xalası onu nalayiq ifadələrlə təhqir etmiş, o isə əsəbləşib ilk olaraq xalasının ağız nahiyyəsindən tutaraq sıxmışdır. Daha sonra əli ilə onun iki qolundan tutub sıxaraq kənara çəkmiş və bu vaxt xalası müvazinətini saxlaya bilməyib yerə yıxılmışdır. Məhkəmədə iclasında zərərçəkmiş X5 izahatında göstərmişdir ki, Şəxs onun bacısının oğludur. Onlar bir ünvanda yaşayırlar. Tural ilə yaşadığı evə görə aralarında mübahisələr var və bu səbəbdən sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində həyətdə olan ağacı budamağa görə Tural ilə arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Tural onun üzünə şillə zərbəsi vurmuş, daha sonra əli və ayağı ilə bədəninin müxtəlif nahiyyələrinə zərbə vurmuşdur. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, xx.xx.2020-ci il tarixdə Şəxs xalası Muradova Sevinc ilə mübahisə edərək ona xəsarət yetirmişdir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə saat 11:57-də AR DİN-nin 102 xidmətinə zənd edərək, ögey bacısı oğlu Şəxsı yaşadığı ünvanda onunla münqaişə etməsi, eləcə də onu döyməsi barədə məlumat vermişdir. S.Muradovanın üzərində xəsarətlərin olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, X1 xx.xx.2020-ci il tarixdə X3 ilə mübahisə etmiş, mübahisə zamanı S.Muradovanın bədənində aşkar olunan xəsarətlər – iki bazə, hər iki bud və büzdüm nahiyyələrində qançırlar, sol said nahiyyəsində sırıq küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar