Məhkəmə qərarları › İş №3(051)-311/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-311/2023

10.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-311/2023 10.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Deka MMC-də idarəedici işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-66/2022 saylı icra vərəqəsi üzrə xx.xx.2015-ci il tarixdə doğulmuş Banu və xx.xx.2017-ci il tarixdə doğulmuş Bahar adlı uşaqların borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq uşaqları tələbkara verməkdən imtina etmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-66/2022 saylı icra vərəqəsi üzrə xx.xx.2015-ci il tarixdə doğulmuş Banu və xx.xx.2017-ci il tarixdə doğulmuş Bahar adlı uşaqların borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, uşaqları tələbkara verməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək uşaqlar borclu ilə qalmışdır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə məhkəmədə işə baxılan zaman borclu uşaqları tələbkara vermişdir və hazırda uşaqlar tələbkarın yanındadırlar. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-66/2022 saylı icra vərəqəsi üzrə xx.xx.2015-ci il tarixdə doğulmuş Banu və xx.xx.2017-ci il tarixdə doğulmuş Bahar adlı uşaqların ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, uşaqları tələbkara verməkdən imtina etməmiş, lakin uşaqlar tələbkara getmək istəməmişdir. Ona görə də o, uşaqları aparmışdır. Hazırda da uşaqları gətirmiş, lakin uşaqlar yenə də getmək istəmir. Bununla belə onun təkidi və tələbi uşaqlar hal-hazırda tələbkarın yanındadır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-66/2022 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş Banu və xx.xx.2017-ci il tarixdə doğulmuş Bahar adlı uşaqların ondan alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(051)-66/2022 saylı icra vərəqi üzrə xx.xx.2015-ci il tarixdə doğulmuş Banu və xx.xx.2017-ci il tarixdə doğulmuş Bahar adlı uşaqların borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2015-ci il tarixdə doğulmuş Banu və xx.xx.2017-ci il tarixdə doğulmuş Bahar adlı uşaqlar borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilmişdir. Beləliklə, borclunun izahatı, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş aktı, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçrərək hesab edir ki, borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Bununla belə inzibati xəta haqqında protokola məhkəmədə baxılan vaxt borclu icra sənədini icra etmişdir. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu Banu və Bahar adlı azyaşlı uşaqları tələbkara verməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan da göründüyü kimi Banu və Bahar adlı azyaşlı uşaqlar tələbkar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, həmin Məcəllənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilsin Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar