Məhkəmə qərarları › İş №3(051)-312/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-312/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-312/2023 29.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Oyal” firmasında işləyən, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inbzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs xx.xx.2020-ci il təvəllüdlü Firdevs, xx.xx.2013-cü il təvəllüdlü Fatimə və xx.xx.2014-cü il təvəllüdlü Hüseyn adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan tutulmalı olan hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanın inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan tutulmalı olan üç uşaq üçün hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Hazırda Şəxs 2520 manat aliment borcu vardır. Şəxs davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsin baxmayaraq məhkəmə iclasına gəlməmiş lakin məhkəməyə teleqram göndərərək uzaqda yaşamağı ilə əlaqədar üzrlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini bildirmiş, borclu X4 bu günə kimi yaranmış 2520 manat aliment borcunun tam ödənilməsini tələb etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında ondan üç uşaq üçün tutulmalı olan hər ay hər uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. O, ona məhkəmə tərəfindən kəsilmiş üç uşaq üçün 450 manat alimentdən hər ay 360 manat olaraq ödəyə bilər. Belə ki, özü hazırda “Oyal” firmasında işləyir və aldığı əmək haqqı 360 manat təşkil edir ki, həmin pulda tam olaraq alimentin ödənilməsinə sərf olunur. Lakin yığılmış aliment borcu olan 2520 manat borcu ödəmək iqtidarında deyil və ödəmək fikridə yoxdur. Məhkəmə ona təkilf etdiyi vaxt ərzində yaranmış aliment borcunu ödəməyəcəyini bildirdi. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Şəxs hər ay hər uşaq uşaq üçün 150 manat, cəmi 450 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı X3 verilməsi qət edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın və borclunun izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Göyçay rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarından və Şəxs məhkəmədə verdiyi izahatdan müəyyən olunur ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə yaranan aliment borcunu ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də alimenti borcunu ödəməkdən imtina etmişdir. Odur ki, məhkəmə həmin halı məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirtir. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası İXM-nin 31.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə baxışındada məhkəmə tərəfindən yaranmış aliment borcunun qismən ödənilməsi məqsədilə Şəxs vaxt verilməsi təkilf olunsa da o, aliment borcunun ödəməyəcəyini israrla bildirmişdir. Buda ona dəlalət edir ki, barəsində inzibati protokol tərtib edilmiş Şəxs qərəzli olaraq yaranmış aliment borcunu ödəməmklə icra sənədi üzrə icra məməurunun tələbini icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət yaradır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını, nəzərə alaraq, məhkəmə hesab edir ki, barəsində inzibati protokol tərtib edilmiş şəxsin 2520 manat borcu olduğu halda ona Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində müəyyən edilmiş cərimə növündə tənbeh tətbiq edilməsi inzibati tənbeh məqsədlərini təmin edə bilməz, ona görədə məhkəmə Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən, saat 17:30-dən hesablansın və Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar