Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-313/2023 30.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X9 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Zərərçəkmiş şəxs X3 iştirakı ilə xx.xx.1978–ci il tarixdə Qəbələ rayonu, Vandam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qəbələ rayonu, Vandam qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, H.Hüseynov küçəsi, ev 84 ünvanında yaşayan X5 Azərbaycan Respublikası İXM-in 510-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə X5 barəsində Azərbaycan Respublikası İXM-in 510cı maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X12 məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, X10 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, A.Hüseynov küçəsində ucadan səs-küy salmaqla X4 qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. X10 barəsində zərərçəkmiş tərəfindən 2 dəfə müraciət daxil olub, şifahi şəkildə də dəfələrlə şikayətini bildirib. X1 barəsində AR İXM 510-cı maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X10 məhkəmə iclası zamanı izahatında X6 ilə bir evdə yaşadıqlarını və aralarındakı mübahisənin səbəbinin onun qoyduğu qadağalara əməl olunmaması olduğunu bildirdi. O sürücü işlədiyini və mütəmadi spirtli içki qəbul etmədiyini bildirdi. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı bildirdi ki, X10 ilə 16 ildir ki evlidirlər və aralarında tez-tez mübahisə yaranır. Mübahisə zamanı Niftaliyev İlqar spirtli içki qəbul edərək onu və onun övladlarını təhqir edir və bıçaqla hədələyir. X2 isə dəfələrlə müdaxilə edərək mübahisəni sakitləşdirmişdir. Odur ki, inzibati xəta haqqında protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 bildirdi ki, o, zərərçəkmiş şəxsin oğludur. AtasıX10 ilə anası arasında tez-tez mübahisə yaranır. Mübahisə zamanı Niftaliyev İlqar anasın, özünü və bacısını təhqir edir və onları bıçaqla hədələyir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, A.Hüseynov küçəsində ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli X6 tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinə verdiyi yazılı izahatdan görünür ki, həyat yoldaşı X10 mütəmadi olaraq onu və övladlarını nalayiq ifadələrlə təhqir edərək və şiddət göstərərək onları narahat edir. Hal-hazırda o həmin şəxsdən boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, X5 əməlində inzibati məsuliyyətə cəlb etməyə əsas verən inzibati xəta tərkibi yoxdur. Məhkəmə protokolda tərtib edilmiş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, protokolda qeyd edilən və “X10 xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, A.Hüseynov küçəsində ucadan səs-küy salmaqla nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması” faktını təsdiq edən əsaslı sübutlar şikayətçi tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:
3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.
12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, həmin inzibati xəta tərkibinin olmasını təsdiq edən sübutlar inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Maddənin tələbinə əsasən şəxsin hərəkətləri ictimai qaydanı pozmalıdır, halbuki, sözügedən hadisələr Mingəçevir şəhəri, H.Hüseynov küçəsi, ev 84 ünvanında yəni evdə və yalnız ailə üzvləri arasında baş vermişdir. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmişin izahatını və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirib, həmçinin inzibati iş üzrə əlavə sübutların təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X5 ictimai qaydasını pozmasına aid əsaslı sübutlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
HAKİM: Elza Cəbrayılzadə