Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-314/2025 01.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Mingəçevir Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoluna görə Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. Bu hərəkətləri ilə Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş və heç bir üzrlü səbəb bildirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mingəçevir Şəhər Mənzil- Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsassız olduğuna görə xitam edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 927 №li məktubu ilə təqdim edilmiş 2022-2023-cü ilin cari ildə aparılacaq audit xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu medotu ilə keçirilmiş satınalmanın nəticəsi barədə yekun protokola baxılaraq təsdiq edilməsi qərara alınmışdır. Həmçinin xx.xx.2025-ci il tarixdə 03 (673) № ilə Mingəçevir qəzetində 2023-cü ilin hesabatı dərc edilmişdir. Odur ki, məhkəmədən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X1 öz izahatında bildirdi ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində baş mühasib vəzifəsində işləyir. 2022-ci ilin birləşdirilmiş maliyyə hesabatlarının aparılması və dərc edilməməsi ilə bağlı olaraq 2024-cü ildə 1500 manat məbləğində cərimə olunduqlarını, daha sonra həmin cərimə öhdəliyini yerinə yetirdiklərini bildirdi. 2023-cü ilin hesabatları isə qanuni yerinə yetirilmiş, satınalmanın nəticələri ilə bağlı yekun protokol təsdiq edilmiş və hesabat xx.xx.2025-ci il tarixdə mətbu orqana dərc edilməsi üçün təqdim edilmiş və qəzet xx.xx.2025-ci il tarixdə dərc edilmişdir. Satınalmanın auditor rəyi ilə bağlı bildirdi ki, həmin audit keçirilməsi üçün ilin yekunlaşması lazımdır. 2024-cü il tarixdə isə həmin audit yoxlaması keçirilmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X3 öz izahatında bildirdi ki, Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyində satınalma üzrə iş icraçısı vəzifəsində işləyir. Satınalma haqqında qanuna əsasən görülən işlə bağlı ilk olaraq ehtimal qiyməti alınmalıdır. Bundan ötrü isə, hardan nə alınacağı ilə bağlıaraşdırılma aparılması və bu araşdırmanın aparılması üçün vaxt lazımdır. Ehtimal olunan qiymətlərin alınması və şirkətin tapılmasının xeyli vaxt aparmasını bildirdi. Bu səbəblərdən proseslər 2024-cü ilin iyul ayına kimi çəkmişdir. İşdə olan sübutlar: Maliyyə Nazirliyi tərəfindən Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi barəsində Azərbaycan Respublikasının İXM-in 462.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli 3-23/2-1146/2025 saylı Maliyyə Nazirliyindən Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ünvanlanmış bildirişdən görünür ki, təşkilatın 2023-cü il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməsinə və ya mətbu orqanda dərc etdirilməsinə dair sübutlar mövcud olduğu təqdirdə həmin sübutları xx.xx.2025-ci il tarixdə, saat 11-dək Maliyyə Nazirliyinə təqdim edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X4 Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2024-cü il tarixli 927 №li məktubu ilə təqdim edilmiş 2022-2023-cü ilin cari ildə aparılacaq audit xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu medotu ilə keçirilmiş satınalmanın nəticəsi barədə yekun protokola baxılaraq təsdiq edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli xidmətlər üzrə satınalma müqaviləsindən görünür ki, satınalan Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə təchizatçı sərbəst auditor X2 arasında satınalma xidmətlərinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 18.1-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında,həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin,habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında icraata xitam verilir. 105.1. Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 462.1. Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin mövqeyi: İştirak edən şəxslərin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin inzibati məsuliyyətə cəlb edilməsi üçün nəzərdə tutulan müddətdən 1 ildən artıq vaxt keçmişdir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə əsasən Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi barəsində olan inzibati xəta haqqında işə həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-314/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-314/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver