Məhkəmə qərarları › İş №3(051)-316/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-316/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-316/2023 03.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Həsənli Cavid Qurban oğlunun katibliyi, İnzibati Xəta haqqında protokolu tərtib edən şəxs X2 Zərərçəkmiş şəxs X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1980–cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı mənzildə X6 qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-nin İTB-nın polis sahə rəisi X7 məhkəmə iclası zamanı tərtib etdiyi protokola uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə xx.xx.2023-cü il tarixdə Şəxs yaşadığı mənzildə qeyri-rəsmi yaşadığı X4 qolundan sıxaraq, ayağını qapının arasında qoymaqla Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində göstərdi ki, X9 ilə faktiki nikah münasibətindədirlər. Əvvəllər, Bakı şəhərində yaşayarkən onların arasında mübahisə olmuş, qarşı tərəf polis orqanına müraciət etmişdir. Lakin onlar barışdığından barəsində protokol tərtib olunmamışdır. O xx.xx.2023-cü il tarixdə X6 ayrılmaq üçün yaşadığı M.Maqomayev pros., ev 44/21, mənzil 8 ünvanına çağırıb. X9 ayrılmaq istəmədiyini bildirib və aralarında mübahisə yaranıb. O zərərçəkmişdən evi tərk etməsini tələb edib, zərərçəkmişin evi tərk etmədiyini gördükdə özü onu evdən çıxarmağa məcbur olub. O zərərçəkmişi vurmamışdır. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb inzibati xəta haqqında protokola xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X8 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə aralarında mübahisə olmuş, Şəxs onu döymüş, polisə müraciət etsə də, onu bağışlamışdır. Bakı şəhərində yaşayarkən xx.xx.2023-cü il tarixdə onu ayrılmaq üçün yaşadığı M.Maqomayev pros., ev 44/21, mənzil 8 ünvanına çağırıb. Ayrılmağa razı olduğunu, lakin əşyalarını verməsini tələb edib, o da əşyaların verilməsinə razılıq vermədiyindən aralarında mübahisə yaranıb və Şəxs onun qolundan sıxaraq, ayağını qapının arasında qoymuşdur. Bu səbəbdən də, X8 xx.xx.2023cü il tarixdə bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət edib. Odur ki, məhkəmədən izahatında deyilənləri nəzərə alıb qərar qəbul edilməsini xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi icra məmurunun izahatı, özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs İXM 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və aidiyyatı üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir şəhər MTE-nin PA birliyinin xx.xx.2023-cü il tarixli, 121 saylı rəyindən görünür ki, X1 mil-bilək nahiyyəsində qançır fonunda sıyrıqlar bərk küt əşyanın (alətlərin) təsirindən əmələ gəlməsi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun olması, sağlamlığına zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, (eyni zamanda daha öncə də Şəxs X5 döyməsinə dair hər iki tərəfin izahatı ilə təsdiq olunur) məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin məhkəmə iclasında və təhqiqat zamanı verdikləri izahatları ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol üzrə Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 03 aprel 2023–cü il tarixdən saat 17:45-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar