Məhkəmə qərarları › İş №3(051)-317/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-317/2021

26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-317/2021 26.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi polis kapitanı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib olunmuş İXP-3796862 saylı xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1 və 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Ancaq qanunun tələbinə əməl edilməmiş, qeyd edilən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsindən görünür ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi inzibati məsuliyyət yaradır. Lakin Şəxs barədə İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati cərimə növündə tənbeh tətbiq etmə haqqında qərar və onun tarixi göstərilmədiyinə görə qanunla müəyyən edilmiş 3 ay müddətin ötüb-ötməməsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Mingəçevir şəhər polis şöbəsinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar