Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-317/2023 03.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri, Bozdağ küçəsi, ev 57 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1123/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi ilə Şəxs 10000 manat pulu və ödənilmiş 120 manat dövlət rüsumunu X1 ödəmədiyinə görə barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1123/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən ondan 10000 manat pul, həmçinin ödənilmiş 120 manat dövlət rüsumu alınıb X1 verilməlidir. Maddi imkanı olmadığına görə borcunu ödəyə bilməmişdir. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb borcunu ödəsin. Ağsarayda işləyir. Borcunu tam ödəməyə imkanı yoxdur, borcunun əmək haqqından tutulmasını xahiş edir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında maddi imkanı olmadığına görə borcunu ödəyə bilmədiyini, Ağsarayda işlədiyini, borcun əmək haqqından tutulmasını xahiş etdiyini, mülkiyyətində də hər hansı bir daşınar və ya daşınmaz əmlak olmadığını bildirsə də bunlarla bağlı tam araşdırma aparılması ilə əlaqədar sənədlər materiala əlavə olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokolun tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilməlidir. Lakin Şəxs barəsində inzibati protokol xx.xx.2023-cü il tarixdə tərtib edilsə də xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-317/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-317/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver