Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-318/2020 22.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi x2, İcra və probasiya şöbəsinin icra məmuru x3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə xx.xx.1980-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 46 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)-3430/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 1240 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2 (001)-3430/2019 №li xx.xx.2019-cu il tarixli və 2 (001)-3430/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədlərinə əsasən ondan uşağın saxlanılması üçün hər ay 160 manat aliment alınıb tələbkar x1 verilməlidir. Eyni iş üzrə iki icra sənədi olması onda anlaşılmazlıq yaratdığına görə alimentin ödənilməsinə də problem yaratmışdır. Nəticədə də 1240 manat borcu yaranmışdır. Həmin borcu bir dəfədə ödəməyə maddi imkanı yoxdur. Ancaq həmin borcdan hazırda 400 manat ödəmişdir, qalan hissəsini ödəyəcəkdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən, uşağını saxlamaqdan boyun qaçırmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru x3 məhkəmə iclasında bildirdi ki, Bakı şəhər Binəqədi rayon məhkəməsinin 2(001)-3430/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 160 manat alınıb tələbkar x1 verilməlidir. Lakin Şəxs alimenti tam ödəmədiyi üçün onun 1240 manat aliment borcu yaranmışdır. Ramil həmin borcundan da 400 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 1240 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Şəxs 1240 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-318/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-318/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver