Məhkəmə qərarları › İş №3(051)-318/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-318/2023

04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-318/2023 04.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən OBA marketdən 74.2 manat dəyərində və Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən OBA marketdən isə 46.5 manat dəyərində müxtəlif növ yağ məhsullarını oğurlamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 20:09 radələrində şəhərin A.Məmmədov küçəsində yerləşən Oba marketə oğurluq məqsədi ilə daxil olub vitrindən 4 ədəd 2 litrlik Möcüzə yağı, 1 ədəd 2 litrlik Final yağı oğurlamışdır. Həmçinin saat 11:23 radələrində şəhərin Naxçıvan küçəsində yerləşən Oba marketə daxil olub vitrindən 3 ədəd 2 litrlik Möcüzə yağı oğurlamışdır. Həmin marketlərə tək daxil olmuş, oğurladığı ərzaqları isə tanımadığı taksilərlə aparıb Orxan bazarında tanımadığı şəxslərə satmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, şəhərin 20 Yanvar küçəsində, A.Məmmədov küçəsi 11 saylı binanın yaxınlığında yerləşən Oba marketə rəhbərlik edir. xx.xx.2023-cü il tarixdə ayın sonu ilə bağlı kamera görüntülərinə baxış keçirələn zaman bir nəfər şəxsin mağazada vitrinlərdə olan yağları oğurladığını görmüşlər. Bu səbəbdən də, dərhal DİN-nin 102 xidmətinə məlumat verib, bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, sonradan dəqiq baxan zaman həmin şəxsin, adını sonradan öyrəndiyi Şəxs olduğunu və marketə daxil olub oradan vitrindən 4 ədəd 2 lirlik Möcüzə yağı, hər birinin 15,50 ( on beş mana 50 qəpik) manat olmaqla, 62 manat dəyərində, eyni zamanda dəyəri 12.20 manat olan bir ədəd 2 litrlik Final yağı olmaqla, ümumilikdə 74.20 ( yetmiş dörd manat 20 qəpik) manat yağları oğurladığının şahidi olmuşdur. Həmin qəbzi sübut kimi təqdim etmişdir. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən Oba marketə rəhbərlik edir. xx.xx.2023-cü il tarixdə kamera görüntülərinə baxış keçirələn zaman bir nəfər şəxsin mağazada vitrinlərdə olan yağları oğurladığını görmüşdür. Bu səbəbdən də, dərhal DİN-nin 102 xidmətinə məlumat verib, bu barədə şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, sonradan dəqiq baxan zaman həmin gün saat 11:23-də adını sonradan öyrəndiyi Şəxs marketə daxil olub oradan vitrindən hər birinin dəyəri 15,5 manat olan 3 ədəd 2 lirlik Möcüzə yağıolmaqla, ümumilikdə 46.50 (qırx altı manat 50 qəpik) olmaqla yağları oğurladığınıbilmişdir. Həmin qəbzi sübut kimi təqdim etmişdir. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşdə olan OBA marketə məxsus qəbzlərdən görünür ki, Şəxs tərəfindən Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən OBA marketdən 74.2 manat dəyərində, Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən OBA marketdən isə 46.5 manat dəyərində müxtəlif növ yağ məhsullarını oğurlamışdır. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan inzibati qaydada tutma haqqında qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 16:40-da inzibati qaydada tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, zərəçəkmiş şəxsin ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən OBA marketdən 74.2 manat dəyərində və Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən OBA marketdən isə 46.5 manat dəyərində müxtəlif növ yağ məhsullarını oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, dəymiş ziyanın ödənilməməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşman olmasını, dəymiş zərəri ödəməməsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM–in 30.3–cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə əlavə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2023–cü il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar