Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-319/2020 21.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, borclu Şəxs və tələbkar X1 iştirakı ilə, xx xxxxx 1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq Müəyyən etdim: Məhkəmənin qətnaməsini üzrsüz səbəbdən icra etmədiyinə və məhkəmə iclasının qanuni tələblərini yerinə yetirmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1512/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan xx.xx.2011-ci il təvəllüdlü Dəniz və xx.xx.2013-cü il təvəllüdlü Eldar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 məbləğində aliment alınb tələbkar X2 verilməsi qət edilmişdir. Hazırda 2040 manat borcu yaranmışdır. Bu vaxta qədər borcunu ödəyə bilməməsinin səbəbi karantin rejimi olduğu üçün işləyə bilməməsidir. O, borcundan 300 manat ödəniş etmişdir, qalan borcu da hissə-hissə ödəyəcək. Ona görə də barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1512/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü Dəniz və xx.xx.2013-cü il təvəllüdlü Eldar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 məbləğində aliment alınb tələbkar X2 verilməsi qət edilmişdir. Hazırda 2040 manat borcu yaranmışdır. Lakin Şəxs indiyə kimi qətnaməni lazımi qaydada icra etməmiş və qətnamə icrasız qalmışdır. Borclu qətnaməni lazımi qaydada icra etməmiş buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında tələbkar X4 izahatında göstərmişdir ki, Mingəçevir şəhər Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1512/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2011-ci il təvəllüdlü Dəniz və xx.xx.2013-cü il təvəllüdlü Eldar adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 130 manat olmaqla, cəmi 260 məbləğində aliment alınb tələbkar ona verilməsi qət edilmişdir. Hazırda Şəxs ona 300 manat ödəniş etmişdir. Ona görə də onun cəzalanmasını istəmir və barəsində olan inzibati işə xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və icra məmurunun və tələbkarın izahatını dinləyib, işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir.Belə ki, Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranan münasibətlər təşkil edir. Bu inzibati xətanın tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə iclasında Şəxs məhkəmə qərarının üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmadı. Belə ki, iş materialları və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs borcunu ödəməkdən boyun qaçırmır. Hazırda borcundan 300 manat ödəmişdir. Lakin Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2020-ci il tarixli protokol tərtib edərək, məhkəməyə təqdim etmişdir. Belə olan halda İXM-nin 528.1-ci maddənin tərkibi yaranmır. Bu səbəbdən də Şəxs barəsində inzibati tənbeh tətbiq etmək məqsədə müvafiq deyil. İcra məmuru tərəfindən təqdim olunmuş sənədlərdən isə görünür ki, Şəxs borcunu qərəzli icra etməməsi barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Ona görə iş üzrə əməldə tərkib olmadığı üçün iş üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinin tələbinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, M.İslamovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. M.İslamovun əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 195-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-319/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-319/2020
21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver