Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-32/2022 01.02.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru: X4, Tələbkar: X1, İcra sənədi üzrə borclu: Şəxs və onun vəkili – Konsensus Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Ona görə ki, borclu Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-739/2019 saylı, 11.03.2019-cu il tarixli icra sənədi üzrə 4330 manat borcun ödənilməsi üçün bildiriş edilməsinə baxmayaraq icrasını üzrlü səbəb olmadan təmin etməmişdir. Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-739/2019 saylı, 11.03.2019-cu il tarixli icra sənədi ilə 4300 manat pul və 30 manat dövlət rüsumu alınıb X3 verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclası zamanı tələbkar X5 izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-739/2019 saylı, 11.03.2019-cu il tarixli icra sənədi ilə 4300 manat pul və 30 manat dövlət rüsumu alınıb ona verilməsi qət edilmişdir. Lakin borclu borcunu ödəmək öhdəliyindən yayınırdı. Hazırda isə borcunu ödəməyi vəd etmişdir. Borclu ilə razılığa gəlmişlər. Məhkəmədən icraatda olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 2(051)-739/2019 saylı, 11.03.2019-cu il tarixli icra sənədi ilə 4300 manat pul və 30 manat dövlət rüsumu alınıb X3 verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti 4300 manat kimi yüksək bir məbləği ödəməyə kifayət etmədiyindən borcunu ödəyə bilməmişdir. Tələbkarla borcunu ödəyəcəyi barədə razılığa gələ bilmişlər. Ona görə də məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Borclu Şəxs vəkili X6 məhkəmə iclası zamanı verdiyi izahatında inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhəri Məhkəməsinin 11.03.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-739/2019 saylı, 11.03.2019cu il tarixli icra sənədi ilə 4300 manat pul və 30 manat dövlət rüsumu alınıb X3 verilməsi qət edilmişdir. İşə əlavə olunmuş 29 aprel 2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər icra məmuru X7 29 aprel 2019-cu il tarixdə icraatına daxil olmuş Mingəçevir şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-739/2019 saylı tarixli icra sənədi üzrə icraata başlamışdır. İşə əlavə olunmuş 29 aprel 2019-cu il tarixli tələbin könüllü icrası barədə Bildirişdən görünür ki, Şəxs 29 aprel 2019-cu il tarixli qərarla icraata başladığı Mingəçevir şəhər Məhkəməsinin 2(051)-739/2019 saylı icra sənədində göstərilən tələbi dərhal icra etməsi tələb olunmuşdur. İşə əlavə olunmuş tələbkar X5 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, borclu borcunu ödəyəcəyini vəd etdiyindən məhkəmədən inzibati işə xitam verilməsini xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, məhkəmə araşdırması müəyyən edilmişdir ki, borclunun borcunu ödəməyə maddi imkanı olmamışdır. Hal-hazırda borcunu ödəyəcəyini vəd etmişdir. Tələbkar isə bununla razılaşmışdır. Bu da ona əsas verir ki, borclu öhdəliyindən qəsdən imtina etməmişdir. Lakin icra məmuru bu halları araşdırmadan onun tələbini borclu tərəfindən qəsdən olmaması araşdırılmadan məhkəməyə təqdimat vermişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-32/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-32/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver