Məhkəmə qərarları › İş №3(051)-320/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-320/2020

03.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-320/2020 03.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Zərərçəkmiş şəxs X2 Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin İcra məmuru X4 iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 mənzil 20 ünvanda qeydiyyatda olan və orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs ondan xx xxxxxx 1988-ci il tarixdə doğulmuş Gülnar və xx xxxx 1989-cu il tarixdə doğulmuş Gülşən adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bütöv növ qazancının 3/1 hissəsində alimentin tutulub X1 ödənilməsi barədə Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2001-ciiltarixli,2(051)-7/2001 saylı məhkəmə əmrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və nəticədə onun cəmi 11734 manat miqdarda aliment borcu yaranmışdır. Məhkəmədə Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxx 2001-ci il tarixli məhkəmə əmrinə əsasən 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay bütün növ qazancının 3/1 hissəsində alimentin alınıb X1 verilməsi qət edilmişdir. Aliment borcunu ödəməkdən yayınmır. Lakin maddi imkanı ağır olduğu üçün aliment borcunu bir dəfəyəödəməyə imkanı yoxdur. Əlinə pul keçən kimi ilk növbədə aliment borcunu ödəyəcəkdir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında Şəxs ona olan aliment borcunun tam ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında icra məmuru X5 izahatında göstərmişdir ki, Şəxs hər ay bütöv növ qazancının 3/1 hissəsində aliment ödəməli olduğu halda alimenti tam ödəməmiş və onun cəmi 11734 manat məbləğdə aliment borcu yaranmışdır. Borcun ödənilməsini tələb etmək üçün dəfələrlə Şəxs rəsmi məktub göndərmiş, izahatları alınmış, şifahi qaydada qanunun tələbləri izah olunaraq, alimenti vaxtında və tam ödəmək vəzifəsi xatırlanmışdır. Lakin, Şəxs aliment borcunu lazımi qaydada ödəməmişdir. Şəxs, zərərçəkmişin və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikasıərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs məhkəmə qətnaməsi ilə ona təyin olunmuş alimenti vaxtında ödəməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan RespublikasıİXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsinəşikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar