Məhkəmə qərarları › İş №3(051)-320/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-320/2021

05.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-320/2021 05.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, X1, vəkili X5, Şəxs, vəkili X6 və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X7 iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: İddiaçı Şəxs, yanında olan övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları X8 ilə həftədə iki dəfə şənbə və bazar günləri saat 14:00-dan saat 18:00 və ayda bir dəfə cümə günü saat 18:00-dən bazar günü saat 12:00-dək görüş vaxtı müəyyən edilməsi barədə Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1046/2020 saylı qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarından göründüyü kimi, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1046/2020 saylı qətnaməsi ilə iddiaçı Şəxs yanında olan övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları X8 ilə həftədə iki dəfə şənbə və bazar günləri saat 14:00-dan saat 18:00 və ayda bir dəfə cümə günü saat 18:00-dən bazar günü saat 12:00-dək görüş vaxtı müəyyən olunması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra şöbəsində icra işi açılmışdır. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(051)-1046/2020 saylı qətnaməsi ilə onun yanında olan övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 anaları X8 ilə həftədə iki dəfə şənbə və bazar günləri saat 14:00-dan saat 18:00 və ayda bir dəfə cümə günü saat 18:00-dən bazar günü saat 12:00-dək görüş vaxtı müəyyən olunması qət edilmişdir. Özü Mingəçevir şəhər məhkəməsinin qətnaməsini icra etməkdən yayınmamışdır. Lakin, uşaqları görüşmək istəmirlər. Məhkəmə iclasında tələbkar X8 övladları ilə görüşün təmin edilməsini xahiş edir. Şəxs, tələbkar və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar