Məhkəmə qərarları › İş №3(051)-320/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-320/2023

05.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-320/2023 05.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.2003–cü il tarixdə Zərdab rayonu, Qaravəlli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Zərdab rayonu, Qaravəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 511.1.3-cü maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsinin DYP-nin Yol patrul xidmətinin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 511.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:04 radələrində VAZ 2107 markalı **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Mingəçevir şəhəri, H.Əliyev prospektində idarə edərkən, avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi VAZ 2107 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospektində idarə edərkən tələsdiyi üçün dairəvi yola daxil olarkən, yan tərəfdən gələn nəqliyyat vasitələrinə mane olmamaq üçün avtomobilin surətini bir dəfə qəfil artırmış və təkərlərin yolun səthi ilə zəif formada sürtünsə də, çox yüksək səs çıxarmamış, lakin yol dairəvi olduğuna görə nəqliyyat vasitəsinin texniki vəziyyətinə xarakterik olan uğultu səsi eşidilmişdir. Bu da istənilən nəqliyyat vasitəsinin dairəvi yoldan əsas yola çıxan vaxt müşahidə olunan mühərrik səsidir. Bununla belə o, həmin hərəkətlər cəmiyyətə açıqca hörmətsizlik edilməsi niyyəti ilə davamlı olaraq etməmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-in YPX-nin əməkdaşıdır. Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:04 radələrində VAZ 2107 markalı **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Mingəçevir şəhəri, H.Əliyev prospektində idarə edərkən, avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmişdir. İnzibati xəta törətmiş şəxsin hərəkətləri təhlükəsiz şəhər kamerası vasitəsi ilə video qeydə alınmışdır. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş nəqliyyat vasitələrinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə aktdan görünür ki, VAZ 2107 markalı **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi saxlanılması üçün duracağa yerləşdirilmişdir. İşə əlavə edilmiş Mingəçevir ŞPŞ-nin TŞ-nin inspektorları tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:04-də VAZ 2107 markalı **-CB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Mingəçevir şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmişdir. Sürücü kobudcasına yol hərəkəti qaydalarını pozaraq cəmiyyətə açıqca hörmətsizliyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs barəsində törətdiyi inzibati xətanın tərkib əlamətlərinə uyğun olmayan qanun norması ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Belə ki, Şəxs avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, yəni avtomaşını qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan qərəzli hərəkətlərlə avtoxuliqanlıq edən şəxs kimi göstərilməklə onun barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati iş materiallarında olan CD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Şəxs hərəkətlərində AR İXM-in 511.1.3-cü maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Şəxs idarə etdiyi VAZ 2107 markalı **-CB-*** dövlət nömrə nişanlı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospektində idarə edərkən avtomobilin surətini qəfil artırmaqla təkərlərin yolun səthi ilə sürtünməsi səsləri çıxarsa da, həmin hərəkətlər davamlı olmamaqla, yalnız bir dəfə baş vermişdir. Bu hərəkətlər onun barəsində 511.1.3-cü maddəsi ilə protokol tərtib edilməsi üçün yetərli deyildir. Halbuki AR İXM-nin 511.1.3-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün həmin hərəkətlər davamlı olaraq baş verməlidir. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyinin sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə AR İXM-in yuxarıda qeyd edilən maddəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilmədiyindən, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, İXM-in 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyət, nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarıldığı və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxıldığı halda yaranır. Hazırkı vəziyyətdə isə İXM-in 511.1.3-cü maddəsinin tərkib əlamətləri ilə Şəxs törətdiyi inzibati xətanın cəhətləri arasında uyğunluq müəyyən edilmədiyindən, əmələ düzgün hüquqi qiymət verilməmiş, yəni Şəxs əməlinə qanunun inzibati məsuliyyət müəyyən edən norması düzgün tətbiq edilməmişdir. Belə olan halda Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər yetərli deyildir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM–nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraatda təqsirliliyi sübuta yetirilmədiyinə görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar