Məhkəmə qərarları › İş №3(051)-321/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-321/2020

07.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-321/2020 07.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi və zərərçəkmiş X5 və X2 iştirakı ilə, xx xxxxxxx 1996-cı ildə Ucar rayonunda doğulan, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Şəxs küçəsi ev 3-A, mənzil 4 ünvanında keçmiş həyat yoldaşı X6 və keçmiş qaynanası X5 ilə mübahisə edərək onları döymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, X6 ilə 2018-ci ildə ailə qurmuşdur. Bİrgə nikahdan Nicat adlı bir övladları olmuşdur. əvvəəllər münasibətləri normal olsa da, sonradan aralarında müahisələr yaranmış və nəticədə 2019-cu ilin aprel ayında rəsmi olaraq boşanmışar. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində oğlu Nicatı görmək üçün Gülərin yaşadığı ünvana getmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Gülərə və keçmiş qaynanazı Zaxaləyə yumruqla vurmuşdur. Əməlindən peşmandır. Gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədə iclasında zərərçəkmiş X6 izahatında göstərmişdir ki, Allahverdi ilə 2018-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan Nicat adlı övladları dünyaya gəlmişdir. Daha sonra xasiyyətləri tutmadığından 2019-cu ildə rəsmi olaraq ayrılmışlar. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Allahverdi oğlunu görmək üçün onların evinə gəlmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Allahverdi onu və anasını döymüşdür. Məhkəmə iclasında zərərçəkmiş X5 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Allahverdi oğlunu görmək üçün onların evinə gəlmiş, bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Allahverdi onu və qızını döymüşdür. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişlərin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, X3 xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Şəxs küçəsi ev 3-A, mənzil 4 ünvanında keçmiş həyat yoldaşı X6 və keçmiş qaynanası X5 ilə mübahisə edərək onları döymüşdür. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə X5 və X1 şəhər PŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2020-ci il tarixdə saat 19 radələrində yaşadıqları ünvanda onları döyməsi barədə məlumat vermişdir. Z.Cəbrayılova və G.Cəbrayılovanın üzərində xəsarətlərin olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2020-ci il tarixdə X5 və X6 ilə mübahisə etmişdir. Mübahisə zamanı Z.Cəbrayılovanın bədənində aşkar olunan xəsarətlər – burnunda sıyrıq, G.Cəbrayılovanın bədənində aşkar olunan xəsarətlər – sağ ordunda şişkinlik və iç səthində yara küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. Mingəçevirşəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar