Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-321/2021 26.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X3, İcra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1988-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 mənzil 78 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-105/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədi üzrə yaranmış 5000 manat borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-105/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən ondan 5000 manat alınıb tələbkar “xxxx” ASC verilməlidir. Lakin maddi imkanı olmadığına görə borcunu bir dəfədə ödəyə bilmir. Elə bir əmlakı da yoxdur ki, onu satıb borcunu ödəsin. Borcundan 500 manat ödəmiş, qalan borcu da ödəyəcəkdir. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-105/2020 №li xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 5000 manat alınıb tələbkar “xxxx” ASC verilməlidir. Lakin Şəxs icra sənədini icra etməmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda ona məlum oldu ki, Şəxs həmin borcdan 500 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 5000 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 5000 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-321/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-321/2021
26.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver