Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-321/2022 01.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Şəxs barəsində Suraxanı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddələri ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olundu ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokol İXM-in 100.1.4-cü maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda Şəxs AR İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilsə də, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti protokolda göstərilməmişdir. Azərbaycan Respublikası İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmiş, həmin Məcəllənin 109.1.6-cı maddəsində yuxarıda göstərilən tələblərə əməl olunmamasına görə inzibati xəta haqqında protokolun baxılmadan onu vermiş orqana qaytarılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.10.-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatların inzibati xəta haqqında protokolda göstərilməsi zəruri hesab edilmişdir. Buna baxmayaraq, hazırki inzibati xəta haqqında protokolda və ona əlavə edilən sənədlərdə həmin məlumatlar qeyd edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın törədildiyi tarix haqqında məlumatların inzibati xəta haqqında protokolda göstərilməməsi, həmin protokolun natamamlığına dəlalət edir. Məhkəmə, həmçinin qeyd edir ki, inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər natamam şəkildə təqdim edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola yalnız inzibati tənbeh vermə haqqında qərar əlavə edilmişdir ki, həmin qərarda da yalnız Şəxs törətdiyi inzibati xətaya görə edildiyi inzibati cərimənin məbləği qeyd edilmişdir. Lakin onun tərəfindən inzibati cərimənin ödənilmədiyi hər növbəti gün üçün hesablanan dəbbə pulunun göstərildiyi sənəd iş materiallarına əlavə edilməmişdir. Belə ki, AR İXM-nin 150.11. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olunduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48–51, 114, 128–130– cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Suraxanı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş 06.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Suraxanı rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-321/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-321/2022
01.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver