Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-321/2025 16.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir Şəhər Polis Şöbəsinin polis leytenantı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1987-ci il tarixdə Ağdaş rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30 radələrində Mingəçevir ŞMX-da mühafizəni təşkil edən əməkdaşın köməklik istəməsindən sonra ora gələn post-patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər Polis X1 Bölməsinin profilaktika üzrə baş inspektoru, polis leytenantı X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mühafizəni təşkil edən əməkdaşın köməklik istəməsindən sonra ora gələn post-patrul xidməti əməkdaşlarının qanuni tələbinə tabe olmamış və öz hərəkətlərini davam etdirmişdir. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə səhər saat 10:30 radələrində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında olarkən heç bir münaqişə yaratmamış, həkim qəbulunda olduqdan sonra polis əməkdaşlarının ona yaxınlaşmasını və polis şöbəsinə apardıqlarını bildirdi. Belə ki, o, xx.xx.2025-ci il tarixdə səhhətində olan problemlə bağlı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında müayinədən keçmiş və həkim tərəfindən 2 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə yenidən gəlməyi barədə məlumat verilmişdir. Həmin tarixdə xəstəxanaya gəlmiş, heç bir problem yaşanmadan həkim qəbulunda olmuş və daha sonra əməliyyat olunacağını bildirmişdir. Lakin ordan çıxdıqdan sonra polis əməkdaşları ona yaxınlaşıb polis şöbəsinə gətirdilər. O, polis əməkdaşlarına qarşı tabesizlik etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 izahat verərək bildirdi ki, ailə üzvü Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında işləyir. xx.xx.2025-ci il tarixdə onun yanına getdikdə həmin vaxt xəstəxanada bir nəfər şəxsin səs-küy salaraq münaqişə etdiyini görmüşdür. Daha sonra oranın mühafizə xidmətinə yaxınlaşaraq bu barədə onlara bildirmiş, xəstəxananın həyətinə çıxaraq orada olan polis əməkdaşlarına yaranmış vəziyyəti izah edərək tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Mingəçevir Şəhər Polis X9 Xidmətinin polis nəfəri, polis serjantı X6 verdiyi izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 10:30 radələrində Mingəçevir şəhəri Mərkəzi Xəstəxananın yaxınlığında xidmətdə olduğu zaman Xəstəxananın mühafizəsi içəridə olan bir nəfər vətəndaşın mübahisə yaratmasını onlara bildirdi. Bundan sonra xəstəxanaya yaxınlaşdıqda həmin şəxsi nizam-intizama dəvət edərək sakitləşməyini bildirsələr də, vətəndaş məhəl qoymamışdır. Şəxs barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün polis şöbəsinə dəvət edilmiş, polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Mingəçevir Şəhər Polis X9 Xidmətinin polis nəfəri, polis serjantı X7 da digər şahid X6 ilə eyni məzmunlu izahat vermişdir. İşdə olan sübutlar: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli “imtinaya dair” protokoldan görünür ki, Əliyev X3 Şəhər Polis Şöbəsində izahat verməkdən və protokolu imzalamaqdan imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 30.3. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.2. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyətə cəlb olunur. Məhkəmənin mövqeyi: Tərəflərin və şahidlərin izahatı, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onu nizamintizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Beləliklə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddi daxilində 08 (səkkiz) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-321/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-321/2025
16.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver