Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-323/2022 16.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Həsənli Cavid Qurban oğlunun katibliyi ilə, X2 Bakı şəhər Dövlət Yol polis idarəsinin xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi apelyasiya şikayətinin geri qaytarılması haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Mingəçevir Şəhər Məhkəməsinin Bakı şəhər Dövlət Yol polis idarəsinin xx.xx.2022ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində çıxarılmış Bakı şəhər Dövlət Yol polis idarəsinin xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qararın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinin ona geri qaytarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə elektron qərardan verilən şikayətin geri qaytarılması haqqında ərizə təmin edilməli və şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlərin cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, AR İXM-də inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətin geri götürülməsini və birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını tənzimləyən hüquq normaları olmadığından, şikayət ərizəsinin geri qaytarılması haqqında ərizəyə baxılması AR CPM-in müvafiq analoji normaları əsasında həll edilməlidir. AR CPM-in 122.7-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özünün geri götürməyə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cıtarixli qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Məhkəmə, işin müəyyən olunmuş hallarına uyğun olaraq hesab edir ki, barəsində qərar çıxarılmış X2 Bakı şəhər Dövlət Yol polis idarəsinin xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət ərizəsini geri götürmək hüququna malik olduğundan, ərizə təmin edilməli və şikayət ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizə təmin edilsin. Bakı şəhər Dövlət Yol polis idarəsinin xx.xx.2022-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində inzibati xəta haqqında qərar çıxarılmış X3 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Qərardadan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərardadı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-323/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-323/2022
16.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver