Məhkəmə qərarları › İş №3(051)-323/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-323/2023

08.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-323/2023 08.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi X2, Həsənli Cavid Qurban oğlunun katibliyi, Mingəçevir ŞPŞ-nin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkumluğu olmаyan, Ağdam rayon, Keşdazlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər N.Nərimanov küçəsində polisin qanunu tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı Mingəçevir DYP-nın YPX-nın inspektoru X5 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Nərimanov küçəsində xidmətdə olarkən «Vaz 21074 Minik» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin maşının üzərində müəyyən konstruksiya dəyişiklikləri edildiyini görərək ona saxlamaq əmri vermişlər. Özünü təqdim etdikdən sonra konstruksiya dəyişikliyi ilə əlaqədar əvvəlcədən də tətbiq olunmuş cərimələrə və iradlara baxmayaraq yenidən həmin qaydaları pozması ilə bağlı cərimə tətbiq etmişlər. Eləcə də sürücülük hüququ olmadığı və polisin qanuni tələbinə tabe olmadığı üçün polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra həmin şəxslər Mingəçevir şəhər Polis Şöbəsində də həmin hərəkətlərə yol vermişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı bildirdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri, Nərimanov küçəsi istiqamətində «Vaz 21074 Minik» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən DYP-nın əməkdaşları yaxınlaşaraq həmin maşının üzərində müəyyən konstruksiya dəyişiklikləri etdiyi üçün ona cərimə tətbiq ediblər. Bu əməli dəfələrlə təkrar etdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün polis əməkdaşları onu polis şöbəsinə dəvət ediblər. Tətbiq edilən cərimələrə etirazı yoxdur. Əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 və X6 da X1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər N.Nərimanov küçəsində polisin qanunu tələbinə qəsdən tabe olmadığından, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərərdaddan görünür ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Vaz 21074 Minik» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 339.1-1-ci, 342.2.3-cü və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Vaz 21074 Minik» markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci, 342.2.3-cü və 332.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, Şəxs 07 aprel 2023-cü il tarixdə saat 22:46-da inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş 07 aprel 2023-cü il tarixli, 295 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs inzibati xəta törədən zaman sərxoşluq vəziyyətində olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, inzibati qaydada tutulması haqqında protokol və özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, şəxsin əməlində yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını, xətanın idarəçilik qaydaları əleyhinə olan olduğunu və polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq qanuni tələblərinə tabe olmamasını və şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli xx.xx.2023-cü il tarixdən saat 22:46-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar