Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-324/2020 09.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, 15 mart 1969-cu ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs 08 iyul 2020-ci il tarixdə Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən Qədirxum çay evini işlətmiş və istifadəsi qadağan olunmuş qəlyan aparatından istifadə etmiş və bundan əvvəllər də bu barədə dəfələrlə olunan xəbərdarlığa baxmayaraq polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən Qədirxum çay evini işlədir. Lakin karantin rejimi ilə əlaqədar çay evi işləmir və özünə məxsus VÖEN-i bağlatmışdır. Çay evi işləməsə də çay evində qəlyançı işləyən Sultan Səfərov çay evi bağlı olduğu üçün ona məxsus avto-yuma məntəqəsində avtomobilləri yuyur. 08 iyul 2020-ci il tarixdə yaşadığı binanın yanında dayandığı zaman polis əməkdaşlarının ona məxsus obyektə girdiklərini görmüş və obyektə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Sultan Səfərov avtoyuma məntəqəsində ondan icazəsiz olaraq çay evinə məxsus qəlyanı götürmüş və istifadə etmişdir. Onun S.Səfərovun qəlyanı götürməsindən və qəlyandan istifadə etməsindən xəbəri olmamışdır. Polis əməkdaşları ilə arasında hər hansı mübahisə və ya söz-söhbət olmamışdır. Lakin obyekti nəzarətsiz qoyduğu və işçinin ondan xəbərsiz qəlyanı istifadə etdiyi üçün əməlindən peşmandır. Mingəçevir məhkəməsinin icraatında olan 3(051)-323/2020 saylı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs kimi dindirilmiş x1 izahatında göstərmişdir ki, Mingəçevir şəhəri Ə.Vahid küçəsində yerləşən Qədirxum çay evində qəlyançı kimi işləyir. Lakin karantin rejimi olduğu üçün avto-yuma məntəqəsində avtomobilləri yuma məntəqəsində avtomobillərin yuyulması ilə məşğul olur. 08 iyul 2020-ci il tarixdə iş olmadığı üçün çay evində olan qəlyanı Azər Nəsibovdan xəbərsiz götürərək çəkmişdir. Polis əməkdaşları ona yaxınlaşan zaman o avtoyuma məntəqəsində olmuş və ona karantin qaydalarını pozmasını bildirmişlər. Azər Nəsibov isə həmin vaxt avtoyuma məntəqəsinə gəlmişdir. Əməlindən peşimandır. Bir də bu cür hərəkətlərə yol verməyəcək. İnzibati xəta haqqında işə əlavə olunmuş sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında 327 saylı protokoldan görünür ki, Şəxs 09 iyul 2020-ci il tarixdə tibbi müayinədən keçmiş və sərxoş olmaması (Ayıq) müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, A.Nəsibovun əməlində Azərbaycan Respublikası İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Lakin iş materiallarından, A.Nəsibovun və S.Səfərovun izahatlarından və portaldan çıxarışdan da görünür ki, Azər Nəsibov hər iki VÖEN üzrə fəaliyyətini dayandırmış-VÖEN-i bağlamışdır. Hazırki hadisə isə onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmamışdır. Belə ki, iş materiallarından da göründüyü kimi A.Nəsibova məxsus çay evi fəaliyyət göstərməmiş, avtoyuma məntəqəsinin işçisi isə qəlyanı avtoyuma məntəqəsində onun razılığı olmadan istifadə etmişdir. Sultan Səfərov öz izahatında da Azər Nəsibovun onun qəlyan çəkməsindən xəbəri olmamasını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azər Nəsibovun əməlində 211.1-ci maddənin tərkibi olsa da hadisə onun sahibkarlıq fəaliyyəti ilə bağlı olmadığı üçün fiziki şəxs kimi məsuliyyətə cəlb olunmalıdır. Bundan əlavə Şəxs Azərbaycan Respublikası İXM-nin və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi də mövcuddur. Belə ki, Şəxs özünün izahatından da görünür ki, ona dəfələrlə qəlyandan istifadə olunmaması tələb olunsa da o özünə məxsus obyektə lazımi diqqət yetirməmiş və işçisi olan Sultan Səfərovun qəlyanı götürməsinə özündən asılı olmayan səbəblərə görə olsa belə şərait yaratmışdır. Məhkəmə iclasında göstərilən halları istisna edən və ya digər ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bu barədə protkolu tərtib edən orqanın nümayəndəsi və ya Şəxs tərəfindən heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xətanı ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xəta törətməsindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-324/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-324/2020
09.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver